Accessibility links

Elmar Məmmədyarov: Danışıqları davam etdirməliyik [Video]


Elmar Məmmədyarov: Danışıqları davam etdirməliyik
please wait

No media source currently available

0:00 0:06:03 0:00

Elmar Məmmədyarov: Danışıqları davam etdirməliyik

Azərbaycan xarici işlər naziri cəbhədə son durum, sülh danışıqları prosesi, Suriyada həlak olan azərbaycanlılardan danışıb. Prezident Əliyev nüvə sammitində iştirak edəcək

Cəbhədəki axırıncı döyüşlərlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi artıq öz mövqeyini bildirib. Erməni əsgərləri hücuma keçəndə Azərbaycan Ordusu onlara cavab verir. Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Niderlandın xarici işlər naziri Frans Timmermansla görüşdən sonra keçirilən birgə mətbuat konfransında jurnalistlərin sualının cavabında bildirib.

Bu isə o deməkdir ki, danışıqlara hansısa ziddiyyət gətirsin və ya hansısa problem yaratsın.
Onun fikrincə, bəzi məqamlar var ki, təhlil edəndə görürsən, hər dəfə danışıqlar bir az irəli gedəndə belə döyüşlər daha aktiv xarakter alır.

“Bu isə o deməkdir ki, danışıqlara hansısa ziddiyyət gətirsin və ya hansısa problem yaratsın”.

Nazir deyib ki, döyüşlər davam etdirilir və erməni tərəfi bir qayda olaraq susdurulur.

“Buna baxmayaraq, biz düşünürük ki, danışıqları davam etdirməliyik və bu birmənalıdır”.

Onun sözlərinə görə, Azərbaycan dünən və bu gün münaqişənin nizamlanması ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrləri ilə müzakirələr aparıb.

Biz daha konkret məsələləri müzakirə edirik.
“Mən Kiyev və Paris görüşündən sonra açıqlamamda necə demişdim, indi də deyirəm ki, biz daha konkret məsələləri müzakirə edirik. Artıq həmsədrlərə Azərbaycanın mövqeyini konkret şəkildə bildirmişik. Bu gün axşam həmsədrlər Yerevana gedəcək və Yerevanda danışıqları davam etdirəcəklər. Əgər Yerevanda hansısa bir nəticə olarsa, konkret məsələləri Ermənistan tərəfi qəbul edərsə həm xarici işlər nazirləri, həm də prezidentlər səviyyəsində görüşlər ola bilər”.

Nazir Azərbaycanın mövqeyi birmənalı olduğunu diqqətə çatdırıb.

“Biz danışıqları yalnız danışıqlar xatirinə aparmaq istəmirik və aparmayacağıq. Biz istəyirik ki, konkret məsələləri müzakirə edək və 2014-cü ildə hansısa bir irəliləyişə nail olaq. Mən yenə də Azərbaycanın mövqeyini təkrar etmək istəyirəm. Artıq hamı bilir, biz nəyin üzərində işləyirik. Ona görə də Azərbaycan tərəfi həmsədrlərə təklif verib ki, artıq biz bilirik hansı planın üzərində işləyirik və nə qədər tezliklə böyük sülh sazişinin üzərində işləməyə başlasaq həm region, həm Ermənistan, həm Azərbaycan, həm də sadə insanlar üçün o qədər əlverişli və yaxşı olar”, o qeyd edib.

Biz istəyirik ki, konkret məsələləri müzakirə edək və 2014-cü ildə hansısa bir irəliləyişə nail olaq.
Nazir Məmmədyarov Ermənistan-Azərbaycan cəbhəsində durumun gərginləşməsində Rusiyanın maraqlı olması barədə Amerikanın Səsinin sualının cavabında deyib ki, onda bu barədə məlumat yoxdur.

“Siz deyən ki, orada Rusiya tərəfindən hansısa təxribata yol verilir, məndə bu məlumat yoxdur. Bəlkə orada onlar öz aralarında rusca danışırlar. Özünüz bilirsiniz ki, rus dilini həm Ermənistanda, həm Dağlıq Qarabağda, həm də Azərbaycanda bilən çoxdur”, o bildirib.

Bəlkə orada onlar öz aralarında rusca danışırlar.
Xarici işlər naziri Suriyada döyüşən azərbaycanlılarla bağlı da danışıb

“Azərbaycan Xarici İşlər Nazirliyi Suriyada gedən döyüşlərdə Azərbaycan vətəndaşlarının həlak olması ilə bağlı məlumatları izləyir. Vaxtı ilə Azərbaycan səfirliyi bu məsələlərlə çox ciddi məşğul olub. Bizdə Suriyada oxuyan və yaşayan Azərbaycan vətəndaşlarının siyahısı var idi. Artıq onların hamısını Suriyadan evakuasiya etmişik”, o qeyd edib.

Nazir deyib ki, məlumatlar gəlir ki, bəzi Azərbaycan vətəndaşları Suriyada döyüşlərdə iştirak edir, onu da dəqiq izləyirlər.

“Biz Azərbaycan vətəndaşlarının hansısa döyüşlərdə həlak olmasını və iştirak etməsini istəmirik. Bununla bağlı Azərbaycan fəaliyyətini davam etdirir və davam etdirəcək”, Məmmədyarov qeyd edir.

Biz Azərbaycan vətəndaşlarının hansısa döyüşlərdə həlak olmasını və iştirak etməsini istəmirik.
KİV-lər və sosial şəbəkələrdə yayılan məlumatlara görə Suriyada hökumətə qarşı döyüşlərdə yüzdən çox Azərbaycan vətəndaşı həlak olub.

Niderlandın xarici işlər naziri Frans Timmermans bildirib ki, Azərbaycanın bu il Haaqada keçiriləcək nüvə təhlükəsizliyi üzrə sammitə dəvət olunub. Azərbaycan prezidenti sammitdə iştirak edəcək.

Onun sözlərinə görə, nüvə enerjisindən sülh məqsədi ilə istifadə edilməsi vacib məsələdir və Azərbaycanın təcrübəsi maraqlıdır.

Bundan öncəki nüvə təhlükəsizliyi üzrə sammit 2012-ci ildə Seulda keçirilib. Prezident İlham Əliyev Seul sammitində iştirak edib.

Mövzuya uyğun

XS
SM
MD
LG