Accessibility links

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar aparılıb (yenilənib)


Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi davam edir
Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi davam edir

Parisdə nazir Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri ilə görüşüb

ATƏT-in Minsk Qrupunun həmsədrləri Jak For, İqor Popov və Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində danışıqların bərpa edilməsi üçün Azərbaycan və Ermənistanın Xarici İşlər Nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla görüşüb.

APA agentliyinin məlumatına görə, Xarici İşlər Nazirləri və həmsədrlər ötən il Noyabrın 19-da Vyanada və Dekabrın 5-də Kiyevdə keçirilmiş nazirlərin görüşünün davamı olaraq sülh prosesini inkişaf istiqamətində substantiv məsələlər haqqında müzakirələr aparıblar. Nazirlər bir daha sülh və danışıqlar həll yoluna olan istəklərini ifadə ediblər.


ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də görüşdə iştirak edib. Kasprşik sərhəddə və təmas xəttində baş verən son yeniliklər barədə həmsədrlərə qısa məlumat verib.


Həmsədrlər öz bəyanatlarında regionda zorakılıq hallarının davam etməsi ilə bağlı dərin narahatlıqlarını ifadə edib və son baş verən hadisələrin danışıqların və sülh perspektivlərini zərər gətirdiyini qeyd ediblər. Onlar tərəfləri tam və qeyd-şərtsiz atəşkəs barəsində razılaşmanın şərtlərinə riayət etməyə çağırıblar.


Həmsədrlər qarşıdakı həftələrdə Azərbaycan və Ermənistan prezidentləri ilə görüşmək məqsədilə regiona səfər etməyi planlaşdırırlar.


***
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 23–24-də Parisdə Kiyev görüşünün davamı olaraq ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ilə ayrı-ayrılıqda görüşlər keçirib.

Azərbaycan Xarici Işlər Nazirliyi mətbuat xidməti bildirib ki, danışıqlar zamanı Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı intensiv müzakirələr aparılıb.

Azərbaycanın mövqeyini konkret şəkildə vurğulayan Elmar Məmmədyarov bildirmişdir ki, Ermənistanın silahlı qüvvələri nə qədər tez Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılarsa, münaqişənin bir o qədər qısa müddətdə beynəlxalq hüquq çərçivəsində həllinə nail olmaq mümkündür.

Minsk qrupunun həmsədrləri ilə bir sıra məsələlər üzrə müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunub.

Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyünün bərpası bu istiqamətdə aparılan danışıqların əsasını təşkil edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG