Accessibility links

Elmar Məmmədyarov Nyu-Yorka gedib


Elmar Məmmədyarov BMT-də
Elmar Məmmədyarov BMT-də

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 70-ci sessiyasında iştirak etmək məqsədilə Nyu-Yorka gedib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun BMT Baş Məclisinin 70-ci sessiyasının ümumi müzakirələr hissəsində çıxışı, sessiya çərçivəsində keçiriləcək toplantılarda iştirakı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Bir neçə gün öncə nazir Məmmədyarov Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində növbəti görüşün planlaşdırıldığını da bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG