Accessibility links

Fransa Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təsdiq etməyə hazırdır


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində Fransanın xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyro ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Vyanada keçirilən Ermənistan-Azərbaycan münaqişəsinə dair yüksək səviyyəli görüşün nəticələri haqqında geniş fikir mübadiləsi aparılıb.

Nazirlər atəşkəs rejiminə əməl edilməsinə dair razılığa hörmət edilməsinin, habelə münaqişənin siyasi həllinə nail olunması məqsədilə danışıqlar prosesinin tam bərpa edilməsinin əhəmiyyətini təsdiq ediblər.

E.Məmmədyarov Fransa tərəfinin Vyanada prinsip etibarilə razılaşdırılan ən qısa zamanda Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etməyə hazır olmasını alqışlayıb.

Tərəflər, həmçinin Azərbaycan və Fransa arasında ikitərəfli əlaqələrin gündəliyində olan digər məsələləri müzakirə ediblər.

XS
SM
MD
LG