Accessibility links

Elmar Məmmədyarov: Rusiya Azərbaycana satdığı bəzi konkret silah növlərinin texniki parametrlərini düzəltməlidir


Xarici işlər naziri Elmar Məmmədyarov
Xarici işlər naziri Elmar Məmmədyarov

Azərbaycan Rusiya ilə hərbi sahədə əməkdaşlığı davam etdirməyə hazırdır, Moskva və Bakı arasında Rusiya silahlarının alınması barədə müqavilələr üzrə həll olunmamış maliyyə məsələlərinin mövcud olduğu haqqında məlumat isə həqiqətə uyğun deyil. Bu barədə Moskvanın “Kommersant” qəzetinə müsahibəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

“Ödənişlərlə bağlı heç bir problem yoxdur, Rusiya və Azərbaycan arasında bununla bağlı həll olunmamış maliyyə məsələlərinin olduğu haqqında məlumatlar doğru deyil. Biz müqavilələrə uyğun olaraq bütün ödənişləri edirik. Onların icrasında problemlər var: bu mənada ki, Azərbaycana daxil olan silahlar müqavilələrdə əksini tapmış texniki parametrlərə uyğun olmalıdır. Dmitri Roqozin bu parametrlərlə bağlı problemlərin nədən ibarət olduğunu anlamaq üçün Bakıya gəlmişdi, tam izahat aldı, problem qalmadı”, deyə Məmmədyarov Rusiya baş nazirinin müavini Dmitri Roqozinin bu yaxınlarda Bakıya səfərini şərh edərkən bildirib.

“Sövdələşmələrin həyata keçirilməsi müddəti ilə bağlı hər şey plana uyğun gedir. Məsələ ondadır ki, bəzi konkret silah növlərinin texniki parametrləri düzəldilməlidir. Və bu, Dmitri Roqozinin sözlərinə görə, yaxın gələcəkdə ediləcək”, nazir əlavə edib.

Rusiyanın Ermənistana silah nəqli barədə Bakının notası ilə bağlı suala cavabda Məmmədyarov deyib ki, notanın məzmunu ondan ibarət idi ki, Ermənistana satılan silahlar Azərbaycanın işğal edilmiş ərazilərinə keçməməlidir.

“Son istehlakçı Ermənistan olsaydı, məsələ Moskva və Yerevan arasında ikitərəfli münasibətlər çərçivəsini aşmazdı. Silahlar Azərbaycanın işğal edilmiş ərazilərinə keçdikdə isə məsələ başqadır”.

“Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını nəzərə alsaq, işğal edilmiş ərazilərdə Rusiya silahlarının olmasında qətiyyən məntiq yoxdur. Moskvanın sonrakı bəyanatlarından göründüyü kimi, Rusiya Xarici İşlər Nazirliyi bizim təqdim etdiyimiz sənədin tonunu doğru dərk edib”, Məmmədyarov belə hesab edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG