Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Moskva şəhərində keçiriləcək Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin xarici işlər nazirləri şurasının iclasında iştirak etmək üçün aprelin 7-də Rusiyaya gedəcək.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iclasda MDB çərçivəsində xarici işlər nazirlikləri arasında bir çox sahələrdə məsləhətləşmələrin həyata keçirilməsinə dair 2016-cı ilin planının müzakirə olunması nəzərdə tutulub.