Accessibility links

Azərbaycan və İran xarici işlər nazirləri görüşüb


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İranın Ramsar şəhərində aprelin 5-də keçirilən Azərbaycan-Türkiyə-İran xarici işlər nazirlərinin üçtərəfli görüşü çərçivəsində iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirir ki, görüşdə ikitərəfli əsasda münasibətlərin bütün sahələrdə inkişaf etdiyi qeyd olunub, hər iki ölkə arasında əməkdaşlığın vacib komponenti olan nəqliyyat dəhlizlərinin, o cümlədən Şimal-Cənub dəmir yol xəttinin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Həmçinin, ikitərəfli və çoxtərəfli formatda Azərbaycan və İran əlaqələrinin regional əməkdaşlığa mühüm töhfələr verdiyi bildirilib. Bu xüsusda da aprelin 7-də Bakıda Azərbaycan-Rusiya-İran üçtərəfli formatında xarici işlər nazirləri səviyyəsində görüşün keçiriləcəyi qeyd olunub.

Cəbhədə yaranan son vəziyyətlə əlaqədar ətraflı məlumat verən nazir Məmmədyarov bildirib ki, Ermənistan Silahlı Qüvvələri aaprelin 2-də cəbhəyanı ərazilərdə sıx məskunlaşan mülki əhalini hədəfə alaraq, Azərbaycan qoşunlarının təmas xətti boyunca mövqelərini ağır silahlardan intensiv atəşə tutub. Nazir əlavə edib ki, həmin gün saat 15:00-dan etibarən atəşkəsin başlanması barədə razılıq olsa da, Ermənistan tərəfi buna riayət etməyib, eyni zamanda aprelin 3-də Azərbaycan tərəfi xoş niyyət və sülhpərvər məramlardan çıxış edərək, əks-həmlə və cavab tədbirlərini birtərəfli qaydada dayandırması barədə qərar versə də, Ermənistan artilleriya və digər ağır silahlarla Azərbaycan ordusunun mövqelərini intensiv olaraq atəşə tutmaqda davam edib.

Nazir bildirib ki, Ermənistan beynəlxalq ictimaiyyəti aldadır, bütün vasitələrlə, o cümlədən gərginliyin yaradılması və saxlanılması ilə münaqişənin həllinin əsasını təşkil edən məsələlərdən diqqəti yayındırmağa və status-kvonu saxlamağa çalışır. O, qeyd edib ki, beynəlxalq ictimaiyyət Ermənistana ciddi təzyiq göstərməli və Ermənistanın təxribatları dayandırmasına və Azərbaycan ərazilərindən qoşunlarını çıxarmasına nail olunmalıdır. Azərbaycan atəşkəsin təmin edilməsi və münaqişənin həlli istiqamətində ciddi siyasi prosesin başlamasının tərəfdarıdır.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yaranmış vəziyyətdən narahat olduqlarını bildirib. O, əlavə edib ki, ölkəsinin Azərbaycanla çox yaxşı əlaqələri mövcuddur.

Məhəmməd Cavad Zərif Ermənistan tərəfindən atılan mərmilərdən birinin İran ərazisinə düşdüyü və bununla bağlı İranın müdafiə nazirinin hər iki ölkənin müdafiə nazirləri ilə danışıqlar apardığı barədə məlumat verib. İran atəşkəsin tezliklə bərpa olunması və münaqişənin ən qısa müddət ərzində həllinə tərəfdar olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən regional məsələlər müzakirə olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG