Accessibility links

Elmi araşdırma aparan sörfçü [Video]


Sörfçülər insanların aid olmadığı unikal bioma ilə əlaqədə olurlar. Bəs bu bioma insanların bədəninə necə təsiri göstərir? Kimya üzrə magist tələbəsi olan bir sörfçü dalğaların insan bədəninə təsirlərini araşdırır.

Klip Kapono sörfçü və kimyaçıdır. O, böyük maraq duyduğu bu iki sahəni dənizin sörfçülərin bədəninə necə təsir göstərdiyini araşdıran unikal bir layihə vasitəsilə bir araya gətirib.

Sörfinq
Sörfinq

Klip Kapono: “Dünyanın müxtəlif yerlərindən fərqli mədəniyyətlərə sahib, fərqli irqlərdən olan sörfçülər arasında oxşarlıqlar varsa belə bir sual yaranır: bu sörfçülərin bənzəməsinə səbəb onların həyat tərzləridir yoxsa daimi olaraq dənizə girmələri”?

Kapono bu suala cavabı bütün dünyada axtarır. O, gün boyunca dalğaların içində olan sörfçülərin dərilərinə nələrin yapışdığını araşdırır.

“Bir gün müəyyən bir yerə gedib orada sörf edirəm və daha sonra həmin regionun insanları ilə dostlaşıram. Sonra isə onların dəri və bədənlərindəki bakteriya və kimyəvi maddələri tədqiq edən bu araşdırmada iştirak etmək istəyib-istəmədiklərini soruşuram. Qəbul etsələr, onlar sörf edəndən sonra alətlər dəstimi çıxarıb dərilərindən nümunələr götürürəm və bu nümunələri San Diyeqoya göndərirəm”, o deyir.

Kapononun nəzəriyyəsi odur ki, okean suyu bəd bakteriyalarla doludur, sörfçülər isə bu sularda saatlarla vaxt keçirir.

Amma sörfçülər digər insanlardan daha çox xəstələnmədikləri üçün, Kapono həmin bakteriyaların bəzilərinin sörfçülərin sağlam qalmalarına səbəb olub-olmadıqlarını araşdırır.

Dünyanın müxtəlif yerlərindən fərqli mədəniyyətlərə sahib, fərqli irqlərdən olan sörfçülər arasında oxşarlıqlar varsa belə bir sual yaranır: bu sörfçülərin bənzəməsinə səbəb onların həyat tərzləridir yoxsa daimi olaraq dənizə girmələri?
Klip Kapono

“İndi ki, biz bədənimizin daxilində və üzərindəki kimyəvi maddələrlə mikrobiomanın bizim sağlmalığımız üçün çox vacib olduğunu bilriik, bu bizi digər sahələrlə də istifadə edə biləcəyimiz texnologiya yaratmağımıza imkan yarada bilər. Məsələ təkcə tibb və ya sağlamlıq deyil. Biz bu texnologiyadan ətraf-mühitin müdafiəsi üçün istifadə edə bilərik”, deyə o bildirir.

Kapononun araşdırması “The American Gut” adlı daha böyük layihənin bir hissəsidir. Bu araşdırmada insan bədəninin bəzi yaxşı, bəd və hətta təhlükəli bakterliyalardan asılı olduğu tədqiq olunur.

Kapono araşdırmasının nəticələrinin gələn ilə hazır olacağına ümid edir.

XS
SM
MD
LG