Accessibility links

Elşad Abdullayev rüşvətdə ittiham olunur


Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayev
Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayev

İş adamı Arzu Kazımovun cinayət işinin istintaqı başa çatıb. İş məhkəməyə göndərilib

Baş Prokurorluqda Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin qalmaqallı video materiallarındakı fiqurlardan biri – iş adamı Arzu Kazımovun barəsində istintaq başa çatıb.

E.Abdullayevlə A.Kazımov arasında danışıqların yazıldığı videolardan birində E.Abdullayevin qardaşı, 2003-cü il oktyabrın 13-də oğurlanmış Mahir Abdullayevin azad edilməsi üçün böyük məbləğdə pulun verilməsi məsələsi müzakirə edilir.

Bildirilir ki, bu pullar daxili işlər nazirinin müavini, mərhum Zahid Dünyamalıyevə verilib.
M.Abdullayevin itkin düşməsinin araşdırılması üçün Baş Prokurorluq yanında yaradılmış istintaq qrupu tərəfindən A.Kazımovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq müəyyən edib ki, A.Kazımov müxtəlif vəzifəli şəxslərlə münasibətlərinin olmasını əsas gətirərək M.Abdullayevi tapa biləcəyi barədə həqiqətəuyğun olmayan yalan vədlər verib. O, dələduzluq yolu ilə E.Abdullayevdən 1,5 mln. dollar alıb.

Eyni zamanda istintaqla A.Kazımovun törətdiyi cinayətə digər şəxslərin, o cümlədən Z.Dünyamalıyevin bağlılığı müəyyən edilməyib.

A.Kazımovun barəsində cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
E.Abdullayevin 1,5 mln. dollar rüşvət vermək cəhdi üzrə cinayət işi ayrıca icraata götürülüb və Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilib.

Qeyd edək ki, bu, E.Abdullayevin rüşvət vermək cəhdində ittiham olunması ilə bağlı ikinci faktdır. Bundan əvvəl belə ittiham baş nazirin keçmiş köməkçisi Vaqif Hüseynovun həbsi ilə bağlı irəli sürülüb. Belə ki, guya E.Abdullayev ABU-nun bağlanmasının qarşısını almaq üçün ona rüşvət verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG