Accessibility links

Elşad Abdullayevin evinin hasarını sökürlər


Elşad Abdullaev
Elşad Abdullaev

Bununla yanaşı, Abdullayevin qayınatasının ofisində yenidən axtarış aparılır. Bu gün həmçinin Beynəlxalq Universitetin binasında axtarış olub

Azərbaycanın vəzifəli şəxslərini rüşvətdə ittiham edən video görüntüləri sosial şəbəkələrdə yayan, Fransada mühacirətdə olan fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevin Qədirli küçəsi 8 ünvanında yerləşən evinin barısının söküntüsü başlanıb. Bu barədə Amerikanın Səsi radiosuna Abdullayevin bacısı oğlu Azad Mürsəliyev bildirib.

“Burada beş nəfərdir, divarları sökürlər. Biz sənədimizi onlara təqdim etdik ki, bu şəxsi mülkdür və hər şey qanunidir. Onlar cavab verdilər ki, icra hakimiyyətinin göstərişidir”, - deyə o qeyd edib.

A.Mürsəliyevin sözlərinə görə, bu gün prokurorluq orqanları Beynəlxalq Universitetin binasında və Abdullayevin qayınatası Hüseyn Əhmədovun İsmayıl bəy Qutqaşınlı küçəsi 9 ünvanında yerləşən ofisində yenidən axtarış aparıb.
XS
SM
MD
LG