Accessibility links

"Baş kəsib, qətliam törədib adını cihad qoyurlar." [Audio]


İlahiyyatçı alim Elşən Mustafaoğlu Amerikanın Səsinə müsahibədə İslam Dövlətinin hərbi uğurları və təşkilatın mahiyyəti haqda fikirlərini paylaşıb. Onun sözlərinə görə İŞİD-in uğurlarının arxasında kifayət qədər güclü və ciddi dairələr dayanır. "Bu qüvvələr İŞİD-i maliyyə, silah və neft satışlarından gəlirlə təchiz edirlər," deyə o bildirir.

Elşən Mustafaoğlu: `İŞİD cinayətkar qrupdur və cinayətkarın dini və məzhəbi olmur`
please wait

No media source currently available

0:00 0:11:12 0:00
Direct link

Cənab Mustafaoğlu regionda sülhü pozan İŞİD-in Cənubi Qafqaza da təhlükə törətdiyini etiraf edir. Eyni zamanda o, əlavə edir ki, Azərbaycan əhalisinin 90 fazidən çoxu dünyəvi dövləti dəstəkləyir və belə bir sekulyar cəmiyyətdə şəriət hökuməti qurmaq absurddur.

İnsanların namusuna təcavüz edib qızları, gəlinləri qul bazarında satır, adını kəniz qoyurlar.

​Alim istər azərbaycanlı, istərsə də dünyanın müxtəlif dövlətlərindən olan gənclərin İŞİD kimi cinayətkar dəstəyə qoşulma səbəblərini gənclərin təcrübəsizliyi, savadsızlığı və mənəvi dini tələblərini ödəmək istəyi ilə izah edir.

"Əraziləri işğal edib, adını fəth qoyurlar, baş kəsib qətliam törədib adını cihad qoyurlar, İnsanların namusuna təcavüz edib qızları, gəlinləri qul bazarında satır, adını kəniz qoyurlar," deyə, ilahiyyatçı alim müasir xilafət döyüşçülərinin heç bir mənəvi dəyərə hörmət qoymadıqlarını vurğulayır.

İŞİD tərəfdarları Mosulda.
İŞİD tərəfdarları Mosulda.

Belə bir vəhşi qruplaşmaya qarşı mübarizəni hər bir insanın borcu kimi qiymətləndirən cənab Mustafaoğlu dünya ictimaiyyətini bu istiqamətdə səyləri səfərbər etməyə səsləyir.

"Ekstremizm hər yerdə olduğu kimi Azərbaycanda da qarşıdurmalar yaratmağa, iğtişaşlar törətməyə çalışır," deyə, cəmiyyətdə bəzi adamların bu cərəyan dəstək verməsini məyuslandırıcı faktor adlandırır.

"İŞİD-in öz sıralarına cəlb etdiyi adamların az qala hamısı gənclərdir. İndiyədək görməmişəm ki, hansısa yaşlı adam gedib bu qrupa qoşulsun," deyə Elşən Mustafaoğlu əsasən də gənclərin dini ekstremizm haqda maarifləndirilməsinin vacibliyini önə çəkir.

XS
SM
MD
LG