Accessibility links

Elxan Şahinoğlu: “Ukrayna müharibəsi sərhədləri aşıb” [Audio]


Politoloq Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlu

Politoloq Ukraynada sülhlə bağlı son danışıqları Amerikanın Səsinə şərh edir

“Ukraynada müharibə genişlənir. 8-10 minlik Ukrayna qoşunu mühasirəyə düşüb. Daha böyük qırğınlar baş verə bilər. Ona görə Avropa Birliyi və ABŞ bir qədər fasilə götürmək istəyir. Son səylər planlaşdırılmış aksiyadır”. Bu sözləri Amerikanın Səsinə müsahibədə siyasi analitik, “Meydandan Meydana” kitabının müəllifi Elxan Şahinoğlu deyib.

Onun fikrincə, Qərb Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə tərəfdar. Ancaq o, deyir ki, həll yolu tapılmasa Ukraynanın silahlandırılması gündəmə gələ bilər.

please wait

No media source currently available

0:00 0:13:25 0:00
Direct link

Dünən Moskvada Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Ollandın Rusiya lideri Vladimir Putinlə görüşünün nəticəsiz olduğunu dilə gətirən politoloq, bunu hər üç dövlət başçısının bugünkü açıqlamaları ilə izah edib.

“Ola bilsin dünənki danışıqlarda Rusiya prezidenti Merkel və Olland tələb edib ki, əgər Rusiya hər hansı addımı atsa, siz sanksiyaları ortadan qaldırın. Məncə Qərb buna hələ hazır deyil. Çünki söhbət tək Ukraynanın şərqindən getmir. Krım da işğal olunub. Əgər Qərb Krımı unutsa, bu, ikinci Münhen sövdələşməsi ola bilər. Rusiya da Krım məsələsində geri addım atmayacaq,” deyə bu yaxınlarda Ukraynadakı münaqişə barədə kitabı işıq üzü görən politoloq bildirib.

Elxan Şahinoğlu bu münaqişənin Dağlıq Qarabağ münaqişəsinə təsirlərindən də danışıb. O deyib ki, İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransına getməsi təsadüfi deyil. “O, iki ili idi bu toplantıya getmirdi. Ancaq bu hadisələr fonunda görünür ki, rəsmi Bakıda da maraq oyanıb. Çünki rəsmi Bakı Ukraynadakı hadisələri çox diqqətlə izləyir və müəyyən qədər də ikili standartlardan narazıdır,” deyə siyasi analitik Elxan Şahinoğlu Amerikanın Səsinə müsahibədə bildirib.

XS
SM
MD
LG