Bu ay Nature (Təbiət) adlı onlayn elmi jurnalda dərc olunan araşdırma bütün dünyanı heyrətləndirib. Belə ki, alimlər insan rüşeymində irsi genetik mutasiyanı düzəldə bilib. Lakin bu böyük nailiyyət bir etik suallın yaranmasına gətirib çıxarıb: Görəsən bu, öncədən dizayn olunmuş körpələrin dünyaya gətirilməsinə səbəb olacaq mı?
Bunları anlamaq illər alacaq və biz bunu etməyə hazır deyilik. Bunun etik baxımdan doğru olub-olmadığı da sual edilir.Dr. Erik Topol
Alimlər deyir ki, bir şey tam aydındır: Insanlar genlərinə dəyişiklik etmək yaxın gələcəkdə mümkün olmayacaq, çünki biz modifikasiya edilmiş genləri olan embrionun insana çevrildiyi halda nələrin baş verdiyini bilmirik.
“Bunları anlamaq illər alacaq və biz bunu etməyə hazır deyilik. Bunun etik baxımdan doğru olub-olmadığı da sual edilir”, deyə The Scrips Araşdırma İnsitutundan Dr. Erik Topol bildirir.
Çində buna bənzər cəhdlərin uğursuz nəticə verməsindən sonra, Oreqon Səhiyyə və Elm Universiteti fərqli bir yanaşmadan istifadə edib. Onlar mayalanma dövründə insan embrionundakı qüsurlu geni düzəltməyə çalışıb.
Kişi donordan alınan və irsi ürək xəstəliyinə səbəb olan mutasiya olunmuş gen daşıyan sperma həmin geni hədəf alan gen kəsən molekulla birlikdə yumurta hüceyrələrinə daxil edilib.
“Təsəvvür edin ki, elə bil DNT uzun bir ipdir, bu molekul isə mutasiyanın olduğu yeri kəsəcək”, baş elmi işçi Şuxrat Mitalipov bildirir.
58 mayalanmış yumurtadan 42-də kəsilən yer bərpa edilib və onlar qüsurlu gen olmadan inkişaf etməyə davam edib. Eksperiment embrionlar səkkiz hüceyrəyə çevriləndən sonra dayandırılıb.
“Həmin səkkiz hüceyrənin hər birində qüsurlar aradan qaldırılmışdı”, Mtalipov deyir.
Eksperiment göstərir ki, əgər gen erkən mərhələrədə modifikasiya olunsa, hüceyrələr kəsilən yerləri bərpa edib, xəstəlik daşıyan genlər olmadan inkişaf edə bilər. Amma modifikasiya olunmuş DNT-si olan embrionların sağlam insana çevrilib-çevrilməyəcəyi hələ ki, məlum deyil. Hazırkı ABŞ qanunları insanlar üzərində klinik eksperimentlər aparılmasına icazə vermir. Amma bu dərəcədə sərt qanunları olmayan başqa ölkələr də var.