Accessibility links

Minimum əməkhaqları və pensiyaların sığorta hissəsi artırılıb


Manat
Manat

Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının məbləğinin 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilməsi barədə sərəncam imzalayıb.

Prezident həmçinin, 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2017-ci il yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması haqqında sərəncam imzalayıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə istehlak bazarında infilyasiya 12,4 faiz olub.

Bundan öncə minimum əməkhaqqı isə 105 manat idi.

XS
SM
MD
LG