Accessibility links

Emin Hüseynzadə: Media sahəsi Azərbaycanda tam şəffaf deyil


Emin Hüseynzadə: Media sahəsi Azərbaycanda tam şəffaf deyil
please wait

No media source currently available

0:00 0:05:29 0:00

Media inkişafı üzrə ekspert Emin Hüseynzadə Amerikanın Səsinə müsahibəsində Azərbaycanda media sahəsindəki şəffaflıq, ölkədəki mövcud durumun mediaya təsirlərindən danışıb.

Amerikanın Səsi: Azərbaycanda media sahəsi nə dərəcə də şəffafdır? Bu sahə bazar iqtisadiyyatı qanunları ilə tənzimlənirmi?

Emin Hüseynzadə: Əlbəttə, media sahəsi Azərbaycanda tam şəffaf deyil. Çünki burada sahibkarlıq məsələsi şəffaflığı yoxdur. Yəni biz bilmirik medianın arxasında kimlər durur. Bu da çox böyük problemlərə gətirib çıxarır. Xüsusilə medialara tam inam yaranmır. Məhz buna görə də sosial mediaya inamları böyükdür. Çünki onların arxasında konkret kimin dayandığı, nə dediyi açıq-aydın görünür. Amma mediaların məqsədlərinin nə olduğunu, sahibliyin bilindiyi halda yalnız onlar qərar verə bilirlər. Ona görə də şəffaflıq lazımdır, amma hal-hazırda yoxdur.

Amerikanın Səsi: Mövcud durum media azadlığına necə təsir edir?

Emin Hüseynzadə: Media azadlığının, yəni bunun çoxtərəfli hissələri var və ona görə də media azadlığı deyəndə, nəinki jurnalistlərin azadlığından söhbət gedir, həm də insanların seçim azadlığından söhbət gedir. Biz müəyyən edə bilmiriksə, məlumatın arxasında kim durur, təkcə jurnalistlər deyil, sahibkarların media planlaşması nədən ibarətdir, məqsədləri nədən ibarətdir. Bu həm jurnalistin fəaliyyətinə təsir edir, həm də oxucunun və yaxud da izləyicinin. Deməli, bu yoxdursa, heç nə edə bilmərik.

Amerikanın Səsi: Azərbaycan vətəndaşları informasiyanı daha çox hansı mənbələrdən qəbul edir – televiziya, radio, yazılı mətbuat, onlayn media, yoxsa sosial şəbəkələrdən?

Emin Hüseynzadə: Bildiyim qədər, belə bir araşdırma yoxdur, amma çox aydın demək olar ki, yaş qruplarından, regional maraqlardan və medianın çatımlılığından çox şey asılıdır. Yəni deyək ki, məsələn, haradasa 40-45 yaşına qədər əhali əsasən internet vasitəsilə məlumat alır , amma onlar da fərqlənir, çox fərqlənir. İnternetdə məlumat informasiya şarı içində olur. Yəni bizə maraqlı olan məlumatları biz qəbul etməyə hazırıq. Əslində informasiya azadlığı ifadə azadlığına təsir eləyən bir amildir. Yəni demək olar ki, çox yaşlı nəsil hələ televiziyadan istifadə edir və Azərbaycanın əhalisi "X" anında çox vacib anlarda televiziyaya qayıdır.

Amerikanın Səsi: Yeni media haqqında qanunun praktikada hansı naticələrini proqnozlaşdırardınız?

Emin Hüseynzadə: Praktika odur ki, yəni gözləntim odur ki, əvvəlkinə nisbətən düzəlişlər olmayacaq. Yəni gözləntimiz o idi ki, daha yaxşı nəsə olsun, amma qanun heç də yenilik, yaxud da inkişaf gətirməyəcək. Ən azından bu yaxşı deyil. Bizim gözləntimiz odur ki, istənilən qanun, istənilən yenilik, islahat müsbət dəyişiklik gətirsin. Amma görünən odur ki, müsbət tərəfə dəyişiklik olmayacaq və bu özü özlüyündə pisdir.

Amerikanın Səsi: Bir sıra ekspertlər hesab edir ki, media haqqında yeni qanun müstəqil jurnalistlərin fəaliyyətini daha da məhdudlaşdıracaq. Siz bu barədə nə deyə bilərsiniz ?

Emin Hüseynzadə: Əgər məcburi bir siyahı hazırlanacaqsa, necə ki, qanunla planlaşdırılıb, qeydiyyatdan keçmiş rəsmi jurnalistlər, qeyri-rəsmi fəaliyyət göstərən jurnalistlər. Əlbəttə ki, bu problem yaradacaq. Ümumiyyətlə jurnalistikanın məhdudlaşdırılması hər bir halda pisdir. Yəni burada rəsmi, kitabçalı jurnalist və yaxud kitabçasız jurnalist arasında fərq qoyulması hər zaman məlumatın əldə olunmasında problemlər yaradır. Məlumatın əldə olunmasında yaranan problem o deməkdir ki, cəmiyyət daha az məlumat almır.

Amerikanın Səsi: Beynəlxalq təcrübədə dövlət-media-cəmiyyət münasibətləri necə tənzimlənir?

Emin Hüseynzadə: O, ölkələrdən aslıdır. Mən düşünmürəm ki, biz hansısa prinsipi qorumalıyıq. Mən düşünürəm ki, sadə jurnalist standartları var. Bütün dünyada hamısı eynidir. Media sahəsində çox sadə insanlar tərəfindən qəbul olunan qaydalar var, bunlar tətbiq olunmalıdır. Hələlik son on ildə burada heç bir müsbətə doğru dəyişiklik yoxdursa, bizə fərqi yoxdur dünyada nə baş verir. Əsas odur, bizdə nə baş verir. Bizdə baş verənlər isə inkişafa səbəb olmur, məhdudlaşmaqla bağlı danışıqlar olur. Bu mənfi bir haldır. Çünki həmişə məhdudlaşdırılan hüquqlar müsbət nəticələr vermir. Ona görə də məhdudlaşmadan çox biz qanunvericilik sahəsində də, özünüidarətemə sahəsində də, hər bir sahədə inkişafa necə təkan verə bilərik, başqa nə yenilik edə bilərik ? Bu haqda düşünməyə çağırıram, amma eşidən azdır.

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG