Accessibility links

International Media Support: Azərbaycan hakimiyyəti Emin Hüseynovun ölkədən çıxmasına icazə verməlidir


Emin Hüseynov
Emin Hüseynov

International Media Support beynəlxalq mediaya dəstək təşkilatı hüquq müdafiəçisi Emin Hüseynovun 6 aydır İsveçrənin Bakıdakı səfirliyində qalması ilə bağlı narahatlığını ifadə edib.

Təşkilatın bununla bağlı bəyanatında deyilir ki, hakimiyyət avqustun 5-dən izahat vermədən Emin Hüseynovun ölkədən çıxışına qadağa qoyub.

Avqustun 8-də prokurorluq onun evində, daha sonra isə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda axtarış aparıb, bütün kompüterləri və sənədləri müsadirə edib. Bundan sonra Hüseynov səfirlikdən sığınacaq istəmək məcburiyyətində qalıb.

Sonradan hakimiyyət Hüseynova qarşı fırıldaqçılıq, vergidən yayınma və səlahiyyətləri aşma ittihamları ilə cinayət işi açıb.

Bununla əlaqədar olaraq, İMS yaranmış vəziyyətdən narahatlığını bildirir və Azərbaycan hakimiyyətini Hüseynova qarşı bütün ittihamları ləğv etməyə və onun ölkədən çıxmasına icazə verməyə çağırır.

XS
SM
MD
LG