Accessibility links

Prokuror Emin Millinin qaynına 7 il həbs istəyib


Emin Milli
Emin Milli

Prokuror “Meydan TV”-nin rəhbəri Emin Millinin qaynı Nazim Ağabəyova 7 il həbs cəzası istəyib.

Nazim Ağabəyov 2015-ci il iyulun 23-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, saxlama, daşıma, göndərmə və ya satma - külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Maddənin sanksiyasında 5 ilədn 12 ilədək həbs nəzərdə tutulur.

Nazim Ağabəyov ittihamı rədd edir və narkotikin üzərinə qoyulduğunu deyir. Həbsinin səbəbini isə hökuməti tənqid edən Emin Millinin yaxın qohumu olması ilə əlaqələndirir.

Aprelin 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror Fərid Nağıyev bildirib ki, ilk məhkumluğu, himayəsində azyaşlı və xəstə uşağının olması yüngülləşdirici hal kimi nəzərə alınaraq Ağabəyova 7 il həbs istəyir.

“Düşünürdüm ki, prokuror bəraət istəyəcək”, deyən vəkil Adil İsmayılov çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə iclası aprelin 22-dək təxirə salınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG