Accessibility links

Amerikalı məktəbliləri İslam barədə maarifləndirən kitab [Video]


“Əminənin Səsi” adlı yeni kitabda pakistanlı müsəlman məktəbli bir qızın orta məktəbdə üzləşdiyi islamofobiyadan bəhs edilirr. Müəllif ümid edir ki, bu kitab sahəsində insanlar İslam haqqında daha çox biliyə malik olacaq.

Bu, Hena Xandır. O, gənc müsəlman qızın hekayəsi vasitəsilə İslam haqqında yanlış bilikləri aradan qaldırmağa çalışan pakistanlı-amerikalıdır. O, Əminənin Səsi adlı kitabında amerikalılara Birləşmiş Ştatalrda müsəlman olmadığın nə demək olduğunu anlatmağa çalışır.

Hena Xan
Hena Xan

“Məncə, hekayə və hekayadəki obraz, yəni Əminə və onun ailəsi, icması, dostları vasitəsilə müəslmanların da digərlərindən fərqli olmadığını göstərmək vacidbir”, o deyir.

Vaşinqtonda yerləşən kitab mağazasında Hena kitabının nüsxələrini imzalayır və müsəlman yeniyetmələrin ABŞ-da üzləşdikləri çətinliklər barədə danışır.

“Burada, təəssüflər olsun ki, mətbuat diqqəti mənfi cəhətlərə yönəldir. Biz təkcə terror və terrorun islamla əlaqələndirilməsi barədə xəbərlər eşidirik. Bu səbəbdən də insanlarda müsəlman qonşuları və dostları barədə yanlış təəssürat yaranır”, deyə Hena bildirir.

Vaşinqtonda yerləşən yəhudi məktəbinin müəllimi Canet Kollier Henanın kitabının məktəbin kitabxanasına əlavə olunmasının çox mühüm olduğunu deyir.

Hekayələr uşaqların digərləri ilə bağlı daha çox şey öyrənmələrinin, özlərini başqalarının yerinə qoya bilməyi öyrənmələrinin və onlardan fərqli olan insanları anlamalarının ən yaxşı yoludur.
Canet Kollier

“Hekayələr uşaqların digərləri ilə bağlı daha çox şey öyrənmələrinin, özlərini başqalarının yerinə qoya bilməyi öyrənmələrinin və onlardan fərqli olan insanları anlamalarının ən yaxşı yoludur. Amma ən böyük problem uşaqlara bu kitabları oxutdurmaqdır, çünki onlar daha çox bildikləri şeylər haqqında oxumaq istəyir”, deyə Kollier bildirir.

Şagird Mia Endelman kitabı oxuyandan sonra çox şey öyrəndiyini deyir.

“Mən müsəlmanların kilsəsi, yəni məscidlər barədə heç nə bilmirdim. Mən hətta onların adının məscid olduğunu belə bilmirdim”, o deyir.

Müəllif Hena Xan deyir ki, kitab üçün naşir tapmaq çox çətin idi. Amma indi o, əməyinin bəhrəsini görür.

XS
SM
MD
LG