Accessibility links

Energetika naziri: Bayden Respublikaçıların dəstəyi olmadan da infrastruktur planını irəlilətməyə hazırdır


ABŞ-ın Energetika naziri Cennifer Qranholm

ABŞ-ın Energetika naziri Cennifer Qranholm bazar günü ABŞ prezidenti Co Baydenin iki trilyon dollarlıq infrastruktur planını hər iki partiya tərəfindən bir razılığa gələ bilməyəcəyi təqdirdə, Respublikaçı qanunvericilərin dəstəyi olmadan həyata keçirməyə hazır olacağını bildirib.

Qranholm Baydenin planının Respublikaçılar tərəfindən dəstəklənməsinə üstünlük verdiyini, lakin buna nail olunmasa, böyük ehtimalla Demokratların onu Senata ötürməsinə imkan vermək üçün prosedur strategiyasının tətbiq edilməsini dəstəkləyəcəyini deyib.

“Onun dediyi kimi, o, Amerika üçün iş görmək üçün prezident seçilib. Ölkə boyu amerikalılar, Demokratlar və Respublikaçıların böyük əksəriyyəti ölkəmiz üçün xərcləri dəstəkləyirsə və qlobal yarışda məğlub olmağımıza imkan vermirsə, o bunu edəcək”, Qranholm CNN tele kanalına müsahibədə bildirib.

Energetika nazirinin sözlərinə görə, amerikalıların əksəriyyəti Demokrat prezidentin planını dəstəkləyir. Qranholm Bayden administrasiyasının bazar günü televiziya proqramlarında təklifi təbliğ edən bir çox yüksək səviyyəli rəsmilərindən biri olub.

Yanvar ayında vəzifəyə gəldikdən sonra Demokratik prezident dəfələrlə Respublikaçılar ilə işləmək istədiyini bildirib.

Lakin Baydenin ikinci böyük qanunvericilik təşəbbüsü olan infrastruktur planının hər iki tərəfin keçən ay yalnız Demokratların dəstəyi ilə qəbul edilmiş 1,9 trilyon dollarlıq COVİD-19-a dair yardım paketindən daha çox dəstək ala biləcəyi ehtimalı azdır.

Senatda Respublikaçıların lideri Mitç Makkonnell keçən həftə Baydenin infrastruktur planının “cəsarətli” olduğunu, lakin daha yüksək vergilərə və daha çox borca səbəb olacağını deyib. O, plana qarşı “hər addımda” mübarizə aparacağına söz verib.

Baydenin planında vergi çıxılmasından sonra korporasiyaların gəlirləri üçün vergi dərəcəsini mövcud 21 faizdən 28 faizə qaldırmağı nəzərdə tutur. Onun sələfi, keçmiş prezident Donald Tramp və Respublikaçı qanunvericilər korporativ vergi dərəcələrini 2017-ci ildə 35 faizdən 21 faizə endirmişdi.

Tramp prezidentliyi dövründə ölkə infrastrukturunun bərpası ilə məşğul olacağını dəfələrlə vəd etmişdi, lakin bunu yerinə yetirməmişdi. Milli İqtisadi Şuranın direktoru Brayan Dees Fox tele kanalına müsahibədə bildirib ki, “Baydenin infrastruktur planınında investisiyalar uzun müddətlidir və iş yerlərinin artırılmasının stimullaşdırılması üçün olduqca lazımlıdır.”

Nəqliyyat naziri Pit Buttiçeç bu təşəbbüslərin 2030-cu illər və sonrakı illərdə ölkənin inkişafına xidmət edəcəyini bildirib.

Şərhlərə bax

XS
SM
MD
LG