Accessibility links

“Azərenerji”nin prezidenti yol verdiyi nöqsanlara görə vəzifədən azad edilib”


Etibar Pirverdiyev
Etibar Pirverdiyev

Azərbaycan prezidenti Dövlət Komissiyasının yekun rəyi ilə tanış olub və işdə yol verdiyi nöqsanlara görə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevi tutduğu vəzifədən azad edib. Prezident Administrasiyasının məlumatında səhmdar cəmiyyətin prezidentinin vəzifədən azad edilməsinin səbəbi belə izah edilib.

2018-ci il iyulun 3-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş verib. Qəza nəticəsində Azərbaycanın enerji sistemində ciddi problemlər yaşanıb, Bakı və Gəncə şəhərləri də daxil olmaqla, respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb.

Qəzanın səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə iyulun 3-də prezident baş nazirin birinci müavininin rəhbərliyi ilə Dövlət Komissiyası yaradıb.

“Dövlət Komissiyasının hazırladığı rəydə baş vermiş qəzanın əsas səbəblərindən biri kimi “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin qəzaya lazımi səviyyədə hazır olmaması, fəaliyyətində mövcud olan texniki və bir sıra digər çatışmazlıqlar üzündən qəzaya adekvat reaksiya verə bilməməsi, habelə nəticədə ölkənin enerji sistemində qəzaya gətirib çıxaran bir sıra digər nöqsanlara yol verdiyi qeyd olunub”, Prezident Administrasiyasının məlumatında deyilir.

XS
SM
MD
LG