Accessibility links

Şengen vizası yenidən nəzərdən keçirilə bilər


Şengen vizası yenidən nəzərdən keçirilə bilər
Şengen vizası yenidən nəzərdən keçirilə bilər

Avropa İttifaqının icraçı komissiyası vizadan azad Şengen zonasında müstəsna hallar üçün milli sərhədlərin reintroduksiya edilməsini təklif edir. Komissiya təklifi bu gün Fransa və İtaliyanın Şimali Afrikadan miqrant axınının qarşısını almaq üçün yardım istəməsindən sonra verib. Tunis və Liviyadakı siyasi durum səbəbi ilə Aralıq dənizinin Lampedusa adasından İtaliyaya 20 min miqrant üz tutub.

İtaliya rəsmiləri mühacirləri 6 aylıq viza ilə təmin edib. Bu viza onlara 25 ölkənin daxil olduğu Şengen zonasında səyahət azadlığı verir. Tunisdən çoxsaylı mühacir Fransada yerləşib. Komissiyanın təklifi Avropa İttifaqının xarici işlər nazirlərinin 12 may və hökumət liderlərinin 24 iyun yığıncağında müzakirəyə çıxarılacaq.

XS
SM
MD
LG