Accessibility links

Əqli xəstəliklərə malik olanların sayı olduğundan az hesablanır


Son araşdırmalara görə, əqli xəstəliklərə malik olan insanların sayı olduğundan az hesablanır.

Londonun Harvard Universitetinin Kral İnstitutinun araşdırmaları dünyada belə xəstələrin yalnız üçdə birinin, başqa sözlə 32 faiz insanın 21 faizinin xəstə kimi qeydiyyata alındığını göstərib.

Alimlər ürək, ağrı simptomları, nevroloji xəstəliklər kimi digər sağlamlıq problemləri olan insanların çox hallarda psixiatrik problemlərə malik olduğunu və bunun həkimlər tərəfindən tanınmadığını deyir.

Əqli xəstəliklərə malik olanlar öz yaşıdları ilə müqayisədə 30 il əvvəl dünyasını dəyişir

Tədqiqatçılar kliniki depressiyanın xroniki xəstəlik hesab edilsə də, onun nadir hallarda müalicə edildiyini bildirir.

Bostonun Harvard Universitetinin İctimai Sağlamlıq şöbəsinin psixiatrı Daniel Viqo psixiatrik problemlərin bəşəriyyətə olduqca baha başa gəldiyini deyir.

“Əqli xəstəliklərə malik olanlar öz yaşıdları ilə müqayisədə 30 il əvvəl dünyasını dəyişir. Onların ağır siqaret çəkənlərlə müqayisədə həyatdan erkən köçməsi probelmin ciddiliyinə dəlalət edir”-deyə alim bildirir.

Viqo bunun bir hissəsi kimi xəstəliyi müşayiət edən damğa qorxusunu göstərir. Belə ki, bu insanlar fiziki problemləri olanlarla müqayisədə daha az həkimə müraciət edir və ya müalicə alır.

Daniel Viqonun dediyinə görə, ABŞ əhalisinin əqli problemi olan qisminin yalnız 8 faizi müalicə altındadır.

Hazırda alimlər qlobal ictimaiyyəti bu hala diqqət yetirməyə və psixiatrik vəziyyətə müalicələrin ilkin mərhələsində başlamağa səsləyir.

“Əqli səhiyyə xidmətləri bu halları ayrı mövzu kimi qəbul etməməlidir. Bir sıra ölkələrdə həyata keçirilən pilot proqramlar bunun mümkün olduğunu sübut edib”-deyə alim bildirir.

ABŞ əhalisinin əqli problemi olan qisminin yalnız 8 faizi müalicə altındadır

Müalicələr dərmanlar və terapiyalar vasitəsi ilə ilkin mərhələdə təqdim edilməlidir. Lakin alim deyir ki, ilk növbədə problemin mövcud olduğu qəbul olunmalıdır.

Apreal ayında Dünya Bankının Vaşinqton sammitində məhz əqli sağlamlıq məsələsi gündəmə gətiriləcək.

XS
SM
MD
LG