Accessibility links

Ərdəbildə məhbuslar bayraq dirəyinə zəncirlənərək cəzalandırılır


HRA agentliyi Ərdəbil Mərkəzi Zindanında məhbusların əl-ayaqları qandallı şəkildə bayraq dirəyinə zəncirlənərək cəzalandırıldığına dair məlumat yayıb.

İranda insan haqları pozuntularına dair məlumat yayan HRA agentliyinin xəbərinə görə, bu cəzalandırma forması Ərdəbil zindanında artıq ənənə halı alıb.

Saxlanıldığı kamerada yatmaq üçün yer tapa bilməyən məhbus bu duruma etiraz etməsi səbəbilə cəzalandırılıb.

Bu günlərdə oğurluq ittihamı ilə 3 il həbsə məhkum olmuş Behnam Əmirinin soyuq havada əl-ayağı qandallı şəkildə zindanın həyətindəki bayraq dirəyinə zəncirləndiyi bildirilir.

Saxlanıldığı kamerada yatmaq üçün yer tapa bilməyən məhbus bu duruma etiraz etməsi səbəbilə cəzalandırılıb.

HRA bundan əvvəl də bir neçə məhbus o cümlədən, Afşin Zeynali, Abbas Əlipur və bəluç azlığına mənsub siyasi məhbus Məhəmməd Sabir Məlik Rəyisinin həmin dirəyə zəncirləndirildiyini bildirib.

Bəluç məhbus bir müddət öncə “Ərdəbil soyuğunda 14 saat bayraq dirəyinə zəncirlənərək cəzalandırıldığına” dair prezident Ruhaniyə açıq məktub ünvanlayıb.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG