Accessibility links

Ərdəbildə dəmir dövrünə aid kurqan kəşf edilib


İRNA xəbər agentliyinin məlumatına əsasən, Ərdəbil vilayətinin Meşkinşəhr şəhərində skiflərə aid 3,000 illik kərpicdən tikilmiş kurqan kəşf edilib.

Ərdəbil vilayətinin Mədəniyyət Mirası, Əl İşləri və Turizm idarəsinin baş direktoru jurnalistlərə bu barədə məlumat verib.

İran Azərbaycanında yenicə kəşf edilən bu kurqanın eramızdan əvvəl birinci minillik və dəmir dövrünə aid olduğu müəyyənləşdiriib.

Kəşf edilən bəzi kurqanlarda cəsəd yoxdur. Şübhəsiz bu məzarlar uzaq bölgələrdə savaşlarda canını itirmiş əsgərlər üçün düzəldilib.

Kərpicdən tikilmiş kurqan məzarlarının düzbucaqlı şəkildə düzəldildiyi qeyd olunur.

Kurqanın skiflərə aid olduğu haqda faktlar əldə edilib. Eləcə də İranda ilk dəfə bu qədər sağlam bir kurqan kəşf edildiyi bildirilib.

Bu qəbirlərin ətrafı daşlarla örtülüb və üstünə 2 metirlik məzar daşı qoyulub.

Bəzi tədqiqatçılar skiflərin iranlı və ya türk olduğunu iddia edir. Dr. Tohid Məlikzadə bu haqda kurqanların qədim türk mədəniyyətinin ən əhəmiyyətli göstəricilərindən biri olduğuna inanır. İran Azərbaycanlı tarix tədqiqatçısı doktor Məlikzadə bu haqda məqalə ilə çıxış edib.

Kurqan Orta Asiya, Qafqaz və Yaxın Şərqdə qədim məzarlıqlara verilən addır.
Kurqan Orta Asiya, Qafqaz və Yaxın Şərqdə qədim məzarlıqlara verilən addır.

"Azərbaycanda kəşf edilən ən əski kurqan eramızdan əvvəlki 4 min il tarixinə dayanır. Əski türklər ölülərini 2 metr dərinlikdə olan qəbirlərdə yerləşdirib dəmir və qızıldan olan silahları, saxsı qablar və s. əşyaları quylardılar, Doktor Məlikzadə yazıb. "Kəşf edilən bəzi kurqanlarda cəsəd yoxdur. Şübhəsiz bu məzarlar uzaq bölgələrdə savaşlarda canını itirmiş əsgərlər üçün düzəldilib."

Oğuz Xaqannın geniş ərazilər fəth etdikdən sonra bu zəfərlərin şərəfinə bir abidə kimi təpələrin düzəldilməsini əmr edildiyinə inanılır.

"Burhan-i Qati kitabında Azərbaycan adında olan Azər sözünün də bu təpələrdən alındığı qeyd edilir. Çünkü türkcə Azər sözü təpə mənasındadır," tədqiqatçı yazıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG