Accessibility links

Milli fəal Afşar Muhib Ərdəbil kəşfiyyat idarəsində dindirilib


Hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Ərdəbil şəhərində yaşayan milli fəal Afşar Muhib şənbə günü İranın kəşfiyyat idarəsində dindirilib.

Güney Azərbaycan Televeziyası (Günaz TV) və HRA agentliyinə istinadən, təhlükəsizlik qüvvələri şənbə günü Muhibi iş yerindən çıxdığı zaman saxlayıb.

“Türk fəal kəşfiyyat idarəsinin informasiya qərargahına aparılaraq sorğu-sual edilib. O, bir neçə saat sonra sərbəst buraxılıb,” HRA agentliyinin xəbərində qeyd edilib.

Afşar Muhib daha əvvəl də fəaliyyətləri səbəbilə təhlükəsizlik qurumunun basqılarına məruz qalıb. Amerikanın Səsinin əldə etdiyi məlumata görə, ikinci Dağlıq Qarabağ müharibəsi zamanı təhlükəsizlik qüvvələri Ərdəbildə keçirilən Azərbaycana dəstək aksiyaları ilə əlaqədar Muhibin evində axtarış aparıblar.

Hüquq müdafiəçilərinin bildirdiyinə görə, İranın Kəşfiyyat Nazirliyinə mənsub qüvvələrin İran Azərbaycanında məhkəmə hökmü göstərmədən türk fəalları saxlayıb və qısamüddətli qaydada sorğu-sual etmələri normal hal alıb.

XS
SM
MD
LG