Accessibility links

Ərdəbildə 12 siyasi fəal İnqilab Məhkəməsinə çağırılıb


Keçən ilin sentyabr ayında Azərbaycan Respublikasına dəstək mitinqləri ilə əlaqədar Ərdəbildə nəzarət altına alınan 12 siyasi fəal Ərdəbil İnqilab Məhkəməsinə çağırılıb.

Pərviz Siyabi Gürcan, Hüseyn Balaxanı İsalı, Murtəza Pərvin, Hamid Heydəri, Məhəmməd Colani Ocaq, Mustafa Pərvin, Sübhan Bəxşi, Mehdi Huşmənd, Bəhmən Xeyrcu, Muctaba Pərvin, Əsgər Əkbərzadə və Səccad Colani 2020-ci ilin sentyabr ayının 29-da Ərdəbilin Cıral Parkında keçirilən Qarabağa dəstək mitinqində nəzarət altına alınıb və daha sonra müvəqqəti azadlığa buraxılmışdılar.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin məlumatına görə, türk fəallardan bazar ertəsi günü Ərdəbilm İnqilab Məhkəməsinin 2-ci şöbəsinə müraciət etmələri tələb olunub. Fəalların “ali dini lideri aşağılamaq”-da ittiham edildiyi bildirilir.

Bu fəallar keçən aprel ayında da Ərdəbilin ümumi və inqilab prokurorluğuna çağırılmışdılar.

Keçən ilin sentyabr və oktyabr aylarında Qarabağ müharibəsi zamanı İran Azərbaycanında təşkil olunan aksiyalarla əlaqədar nəzarət altına alınmış yüzlərlə vətəndaşın mühakimə prosesi İran məhkəmələrində davam edir. Keçən aylar ərzində mühakimə edilən bir sıra vətəndaşlar haqqında həbs, şallaq və cərimə kimi cəzalar çıxarılıb, bəzi vətəndaşlara bəraət qazandırılıb. Bir çox vətəndaş isə məhkəməyə çağırış gözləyir.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG