Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü ABŞ-ın Suriya siyasətini sərt tənqid atəşinə tutub.
Ərdoğan Birləşmiş Ştatların nədən 12,000 kilometr uzaqda yerləşən bir ölkəyə müdaxilə etdiyini sual edib. Sonra o, Vaşinqtonu öz vədlərinə xilaf çıxmaqda ittiham edərək Amerikanın onu aldtamağa cəhd göstərdiyini deyib.
Daeş ona qarşı vuruşduğunu iddia edənlər tərəfindən silahlandırılır.Rəcəb Tayyib Ərdoğan
İkitərəfli münasibətlər rəsmi Vaşinqtonun Suriyadakı Demokratik İttifaq Partiyası (PYD) adlı kürd qruplaşmasına onun İŞİD-ə qarşı mübarizəsində dəstək verməsindən sonra pisləşib.
Ankara PYD-ni PKK ilə əlaqəli olmaqda ittiham edir.
İxtilafın daha bir göstəricisi olaraq Ərdoğan ABŞ-ı İŞİD-ə iri miqdarda pul göndərməkdə ittiham edib.
“Daeş (regionda İŞİD-ə bəzən belə istinad olunur) ona qarşı vuruşduğunu iddia edənlər tərəfindən silahlandırılır,” deyə Ərdoğan ABŞ-ı İŞİD-ə qarşı əməliyyatları sabotaj etdiyini deyib. O, əlavə edib ki, PYD-ni yaradan qüvvələr elə həmin o terror qrupunu yaradanlardır.
Türkiyədə hökumətə yaxın media Vaşinqtonun İŞİD-i himayə etdiyini dəfələrlə səsləndirib. Bu nəzəriyyələrə təkan verən digər amil bu yaxınlarda ABŞ və kürd birləşmələrinin İŞİD döyüşçüləri və onların ailələrinə Rəqqadan evakuasiya etmək imkan verməsi haqda dolaşan məlumatlar olub.
ABŞ-Türkiyə münasibətləri Ərdoğanın Suriya kürd qüvvələrinin Afrindən çıxmasına dair çağırışlarından sonra daha da gərginləşib. Tükiyə prezidenti dəfələrlə sərhədə yaxın anklava hücum edəcəyini bəyan edib.
Təhlilçilər belə bir əməliyyatın Moskvadan icazəyə ehtiyacı olacağını bildirir. Belə ki, həmin ərazidə rus əsgərləri yerləşdirilib. Ərdoğan bu həftə rusiyalı həmkarı Vladimir Putinlə “məhsuldar” telefon söhbəti apardığını bildirib.
Son vaxtlar Ankaranın Tehran və Moskva ilə münasibətlərində əhəmiyyətli yaxınlaşma müşahidə olunur.
Ərdoğan və Putin gələn həftə iranlı həmkarları ilə birgə Suriyadakı böhranı müzakirə edəcəklər. Türkiyənin NATO müttəfiqlərini Ankaranın Tehran və Moskva ilə münasibətlərinin xeyli yaxşılaşması əndişələndirir.
Bu arada Ərdoğan Türkiyə əsgərlərinin NATO hərbi məşğələlərini tərk edəcəyini elan edib. Bu açıqlamaya səbəb təlimlər zamanı deyilənə görə Ərdoğana və Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkə qarşı sayğısız hərəkətlər olub. Ərdoğan xəbərdarlıq edib ki, belə bir davranışın davamı müttəfiqliyi imkansız edə bilər.