Türkiyə prezidenti Recep Tayyip Ərdoğanın Azərbaycana səfərinin tarixi bəlli olub.
Ərdoğan martın 15-də Azərbaycana gələcək.
Səfər zamanı Azərbaycanda yüksək səviyyəli görüşlərin keçirilməsi gözlənilir.
Türkiyə prezidenti bu il fevralın 18-də Azərbaycana gəlməli idi. Ancaq Türkiyə paytaxtı Ankarada baş verən terror aktı səbəbilə səfər təxirə salınmışdı.
O zaman Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası da keçirilməli idi.