Accessibility links

AKP-yə nəzarət uğrunda mübarizə [Təhlil]


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkə siyasətində dominantlığını saxlamaq cəhdi onun Ədalər və İnkişaf (AKP) Partiyasında parçalanmaya yol açıb. Partiya üzvləri arasında iyun ayı seçkilərində kimin iştirak edəcəyi ilə bağlı mübahisələr aparılır. Bu mübarizənin nəticəsi təkcə partiyanın deyil, bütöv ölkənin müqəddəratını həll edə bilər.

“Fikir ayrılıqları həmişə mövcuddur.” Bu, müavini Bülent Arıncla prezident arasındakı qarşıdurmanı yumşaltmağa çalışan Türkiyənin baş naziri Əhmət Davutoğlunun sözləridir.

Onların hər üçünün də eyni partiya sıralarından olmasına baxmayaraq, aralarındakı gərginlik dayanmadan artır. Ötən ay Türkiyənin kəşfiyyat xidmətinin rəhbəri Hakan Fidan baş nazirin seçkilərə qatılmaq dəvətindən sonra vəzifəsindən istefa verib. Lakin prezident Ərdoğanın buna mənfi münasibətindən sonra Hakan Fidan yenidən vəzifəsinə qayıdıb.

Hakan Fidan (ortada)
Hakan Fidan (ortada)

Kadır Has Universitetinin beynəlxalq əlaqələr üzrə təhlilçisi Soli Özel AKP-də seçki namizədlərinə dair siyahının siyasi gərginlikləri artırdığını deyir

"Mübahisə namizədlərin sıyahısının açıqlanmasından iki həftə öncə baş qaldırıb. Hər həftə vəziyyət dəyişir. Bir ay əvvəl Fidanın istefasından sonra Davutoğlunun siyahıını açıqlayacağı təxmin edilirdi. Fidan qayıtdıqdan sonra Ərdoğanın bunu edəcəyi düşünülürdü. Göründüyü kimi siyahı ilə bağlı böyük qarşıdurma var."

Ərdoğan üçün hakimiyyət əsas məsələdir

Ərdoğan üçün partiyaya nəzarət böyük əhəmiyyət kəsb edir. Konstitusiya onun AKP ilə əlaqələrini kəsməsini tələb etsə də, prezident partiyanı idarə etməkdən əl çəkmək istəmədiyini gizlətmir.

Marmara Universitetindən siyasi təhlilçi Yüksel Taşkının fikrincə, prezidentin namizədlər siyahısına nəzarət etmək istəyi onun siyasi üstünlüyünü göstərmək mahiyyəti daşıyır.

Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan

"Ərdoğan üçün hakimiyyət əsas məsələdir. O, çoxdandır gənclər, ona sadiq olanlar, bəzi ziyalı, habelə jurnalistləri ətrafına toplamaqla məşğuldur. Ərdoğan üçün sədaqət böyük əhəmiyyət kəsb edir. Onu Bizans konspirasiyası ilə devrilmək qorxudur. O, hakimiyyətini itirdikdən sonra həbsə düşməkdən ehtiyat edir."

Davutoğlu açıq mübarəzəyə hazır deyil

Müşahidəçilər Ərdoğanın AKP üzvü olmamasına baxmayaraq, hələ də özünü partiya daxilində nüfuzlu bir şəxsiyyət kimi nümayiş etdirdiyini deyir.

Taşkının dediyinə görə, Davutoğlunun Ərdoğanla müqayisədə partiya daxilindəki mövqeyi onu prezidentlə birbaşa qarşıdurmadan çəkindirir.

"Davutoğlu bəzi hərəkətlər etsə də, açıq mübarəzəyə hazır deyil. Onun üçün ən mühüm məqam partiyaya və parlamentə nəzarətdir."

Təhlilçilər deyir ki, Davutoğlu baş nazir olduqdan bəri özünə tərəfdar toplamaq cəhdlərini gücləndirib.

Ərdoğan isə demək olar ki, hər gün Türkiyənin müxtəlif bölgələrinə səfər edərək, ölkəni parlament sistemindən prezident sisteminə keçirmək təbliğatı aparır. Baş nazir isə buna sükutla reaksiya verir. Hər iki siyasətçi razılaşmadıqlarını ictimaiyyətə göstərmək istəmir. Təhlilçilər isə deyir ki, əsl müharibə səhnə arxasında aparılır.

XS
SM
MD
LG