Accessibility links

Fətullah Gülən çevrilişlə əlaqəsini inkar edir


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın cümə günü çevriliş cəhdindən məsul tutduğu din xadimi Fətullah Gülən üsyanla əlaqəsi olduğunu inkar edir.

Gülən Ərdoğan hakimiyyətə gəlmədən əvvəl Birləşmiş Ştatların Pensilvaniya ştatına köçüb.

Prezident Ərdoğan Vaşinqtondan Güləni ittiham olunmaq üçün Türkiyəyə ekstradisiya etməsini tələb edir.

ABŞ dövlət katibi Con Kerri Gülənin ekstradisiyası üçün Ankaranın rəsmi tələb irəli sürmədiyini deyib və höküməti Gülənin çevriliş cəhdində əli olduğuna dair sübutları təqdim etməyə çağırıb.

Çevrilişlə əlaqəli olaraq 6 min nəfər həbs edilib. Ədliyyə naziri Bekir Bozdağ deyir ki, Türkiyə dövlət orqanları insanların həbsini sürətləndirir. Həbs olunanların sırasına hakimlər, hərbi rəsmilər və əsgərlər daxildir.

Bu arada bazar günü minlərlə insan İstanbul və Ankarada çevriliş cəhdi zamanı ölənlərin dəfn mərasimlərində iştirak edib. Ərdoğan cümə günü İstanbulda Boğaz körpüsündə əsgərlərin etirazçılara atəş açması nəticəsində ölən baş kampaniya meneceri və onun yeniyetmə oğlunun dəfn mərasimində göz yaşlarını saxlaya bilməyib.

Çevriliş cəhdində çıxan qarşıdurmada ölənlərin sayı barədə məlumat dəqiq deyil. Amma bazar günü artıq çoxu mülki vətəndaşlar olmaqla, 265 nəfərin öldürüldüyü bildirilir.

İstanbul, Ankara və bəzi regionlarda vəziyyət gərgin olaraq qalır.

XS
SM
MD
LG