Accessibility links

Hamburqda Ərdoğanın Türkiyə diasporu qarşısında çıxışına icazə verilməyib


Almaniya hökuməti Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın Hamburqda Türkiyə diasporu qarşısında çıxışına icazə verməyib.

Reutersin məlumatına görə, bunu iyunun 29-da jurnalistlərə Almaniyanın xarici işlər naziri Siqmar Qabriel deyib.

Ərdoğanın çıxışı "Böyük yeddilər” ölkələrinin sammiti çərçivəsində olmalı idi.

Almaniya hökuməti Qabrielin bəyanatının kansler Angela Merkellə razılaşdırıldığını bildirir.

Xarici işlər naziri deyib ki, Berlinlə Ankara arasındakı fikir ayrılıqları fonunda Türkiyə prezidentinin soydaşları qarşısında çıxışı “yersizdir”.

O qeyd edib ki, Almaniya hökuməti bu ölkədə yaşayan Türkiyə vətəndaşları ilə ikili vətəndaşlığı olanlar arasında narazılıq yaranmasını istəmir.

Ərdoğanın soydaşları qarşısında çıxış etmək istəməsi bu ərəfədə bəlli olub.

Almaniyanın Xarici İşlər Nazirliyi bununla bağlı Ankaradan rəsmi sorğu aldığını bildirir.

Qeyd edək ki, Almaniya hökuməti bundan əvvəl də türkiyəli nazirlərin konstitusiya islahatları ilə bağlı Almaniyadakı soydaşları qarşısında təşviqat xarakterli çıxışlarına icazə verməyib.

Niderland hökuməti dəTürkiyənin xarici işlər naziri Mevlut Cavusoğlunun belə bir tədbir keçirməsinə izin verməyib.

Niderland hakimiyyəti həmin vaxt bildirmişdi ki, bu ictimai asaişin pozulmasına səbəb ola bilər.

XS
SM
MD
LG