Accessibility links

Ərdoğan və Putin İraq Kürdüstanında referendumunu müzakirə edib


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin İraq Kürdüstanında müstəqilliyə dair referendumu bazar ertəsi günü telefon söhbəti zamanı müzakirə ediblər. Türkiyə mənbələrinə əsasən verilən məlumata görə, iki lider İraq və Suriyanın ərazi bütövlüyünün əhəmiyyətini vurğulayıb. Rəsmi Moskva telefon söhbəti ilə bağlı hələlik açıqlama verməyib.

Ərdoğan və Putinin həmçinin Suriyada vətəndaş müharibəsinin sona çatıdırılmasına dair Astana prosesini müzakirə etdiyi bildirilir.

Putinin cümə axşamı günü Türkiyəyə səfəri planlaşdırılıb. Türkiyə və Rusiya prezidentlərinin regional məsələləri cümə axşamı günü Ankarada keçirəcəkləri görüşdə ətraflı müzakirə etmək haqda razılıq əldə etdiyi deyilir.

İraq Kürdüstanında referendum
İraq Kürdüstanında referendum

İraqın Kürdüstan bölgəsində regionun və Qərb ölkələrinin etirazlarına baxmayaraq müstəqilliyə dair referendumda səsvermə keçirilir.

Bağdadda mərkəzi hökumətlə yanaşı, Vaşinqton da referendumun keçirilməsinə etiraz bildirib.

Rəsmi nəticələrin çərşənbə axşamı günü açıqlanacağı gözlənilir. Referendumda müsbət nəticə müstəqilliyin elan edilməsi demək olmayacaq. Bu, daha çox ayrılmaq haqda danışıqlara başlamaq üçün ilk addımın atılmasına xidmət edəcək.

XS
SM
MD
LG