Accessibility links

Ərdoğan Soçidə Putinlə görüşəcək


FILE - In this Sept. 28, 2017 file photo, Turkish President Recep Tayyip Erdogan, right, shakes hands with Russian President Vladimir Putin in Ankara, Turkey.

Noyabrın 13-də Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Məlumatı Kreml yayıb.

Putinin mətbuat xidməti bildirib ki, liderlər terrorçuluqla birgə mübarizə, Suriyada altı ildir davam edən müharibəni bitirməyə yönələn cəhdlər kimi regional və beynəlxalq məsələləri müzakirə edəcək.

Onların qarşılıqlı ticarət, enerji sektorunda əməkdaşlığı da gündəmə gətirəcəyi gözlənir.

Rusiya Suriya prezidenti Bəşar Əl-Əsəd hökumətini, Türkiyə isə Əsədi devirməyə çalışan üsyançıları dəstəkləyir.

Bu iki ölkə İranla birlikdə Qazaxıstanın paytaxtı Astanada Suriya münaqişəsinə dair danışıqlar da təşkil edib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG