Accessibility links

Ərdoğan: Ərəb ölkələrinin Qətərə qarşı tələbləri qanunsuzdur


Turkey's President Tayyip Erdogan talks to media after the Eid al-Fitr prayers in Istanbul, June 25, 2017.
Turkey's President Tayyip Erdogan talks to media after the Eid al-Fitr prayers in Istanbul, June 25, 2017.

Türkyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qətərdə hərbi bazasını bağlamasına dair çağırışları əhəmiyyətsiz qoyub. O deyib ki, dörd ərəb ölkəsi tərəfindən irəli sürülmüş tələblər Körfəz ölkəsinin suverenliyinə qarşı qanunsuz müdaxilədir

Qətərə güclü dəstəyin bildirildiyi bəyanatında Ərdoğan Türkyə hərbi qüvvələrinin Qətərədən çıxarılmasına dair çağırışın hörmətsizik olduğunu və Dohanın düzgün möve tutduğunu bildirib.

Bu 13 tələb kimi yanaşma tərzi beynəlxaq qanunlara ziddir, çünki bir ölkənin suverenliyinə hücum etmək, ya da müdaxilə etmək olmaz.
Rəcəb Tayyib Ərdoğan

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreyn iyunun 5-də Qətərin boykot edildiyini elan edərək, Əl-Cəzirə tele kanalının bağlanması, İranla münasibətlərin cilovlanması, Türkiyənin hərbi bazasının bağlanması və təzminatın ödənilməsi kimi 13 tələb irəli sürüb.

Rəmi Doha siyahını nəzərdən keçirildiyini bildirsə də, bunun məntiqə uyğun olmadığını və yerinə yetirilməsinin mümkün olmadığını bəyan edib.

Türkiyə hərbi qüvvələri Dohada hərbi bazaya gəlir, 23 iyun 2017.
Türkiyə hərbi qüvvələri Dohada hərbi bazaya gəlir, 23 iyun 2017.

“Biz Qətərin 13 şərtdən ibarət tələblərlə bağlı mövqeyini dəstəkləyrik. Bu 13 tələb kimi yanaşma tərzi beynəlxaq qanunlara ziddir, çünki bir ölkənin suverenliyinə hücum etmək, ya da müdaxilə etmək olmaz”, Ərdoğan İstanbulda məscidin qarşısında açıqlama verərək bildirib.

Ərəb ölkələri tərəfindən tələblərin irəli sürülməsi kimi bir addım belə görünür, Qətərin müdaxiləçi xarici siyasətinin zəiflədilməsi məqsədilə atılıb. Qətərin islamçılara dəstək göstərdiyini iddia edən mühafizəkar ərəb ölkələri bunu sülalə hakimiyyətinə təhlükə kimi görür.

Regionda ən güclü ölkələrdən biri olan Türkiyə ərəb ölkələrinin Doha ilə quru və su vasitəsilə əlaqələri kəsməsindən sonra Qətərə təchizatla dolu100 karqo təyyarəsi göndərib. Ankara eyni zamanda, qanunvericilik vasitəsilə Qətərdəki bazaya əlavə əsgəri qüvvə göndərilməsi üçün addım atıb.

XS
SM
MD
LG