Accessibility links

Ruhani: "Ərdoğanın söylədiyi şeirə görə yaranan mübahisə türk rəsmilərinin izahatı ilə həll oluna bilər"


İran Prezidenti Həsən Ruhani dekabrın 14-də Tehranın Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri zamanı Tehranın ərazi bütövlüyünə təhdid adlandırdığı şeirinə görə Türkiyə ilə diplomatik mübahisəyə son qoya biləcəyini deyib.

Keçən həftə Ərdoğan Azərbaycan ərazisinin Rusiya ilə İran arasında bölünməsindən təəssüflənən bayatı oxuduqdan sonra İran Türkiyə səfirini Xarici İşlər Nazirliyinə çağırıb. Tehran onun dediklərinin İranın ərazi bütövlüyünü şübhə altına aldığından və ölkədə yaşayan azərbaycanlı azlığı arasında separatçı meylləri alovlandıracağından narahatlığını bildirib.

Ruhani Tehrandakı televiziya mətbuat konfransında "Mənim fikrimcə, Türkiyə rəsmilərinin verdiyi izahatlarla bu məsələyə son qoya bilərik, ancaq xalqımızın həssaslığı çox vacibdir" deyib.

Ruhani "Cənab Ərdoğan haqqında keçmiş bilgilərimə əsaslanaraq, onun ərazi bütövlüyümüzü təhqir etmək niyyətində olması ehtimalı çox azdır" deyib. "Çıxışlarında həmişə şeir söyləyir", Ruhani əlavə edib.

Dekabrın 11-də İranın Xarici İşlər Nazirliyi Türkiyənin həmin ölkədəki səfirini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı "müdaxilə" xarakterli bəyanatına görə nazirliyə çağırdığını bildirib.

Bundan bir qədər öncə İranın xarici işlər naziri Cavad Zərif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 10 dekabr Bakıda keçirilən Zəfər Paradında şeir söyləməsinə reaksiya verib.

Türkiyə liderinin paradda səsləndirdiyi Bəxtiyar Vahabzadənin "Torpaqdan pay olmaz" şeirinə və bayatıya cavab olaraq Cavad Zərif Twitterdə Ərdoğanın oxuduqları haqda məlumatlandırılmadığını bildirib.

İranın Dağlıq Qarabağda Altı Həftəlik Müharibə dönəmində baş verənlərə reaksiyası Azərbaycanda birmənalı qarşılanmır. İran rəsmiləri Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdıqlarını qeyd ediblər. Eyni zamanda İranla həmsərhəd bölgələrdə hərbi əməliyyatlar zamanı İran zərhəd zonasına qoşun yeridərək orada havadan müdafiə imkanlarını gücləndirdyini bildirib. Bundan əlavə, İranın azərbaycanlıların məskunlaşdığı şəhərlərində Azərbaycana dəstək aksiyasında iştirak etmiş onlarla adamın həbs olunduğu və işgəncələrə məruz qalması barədə məlumatlar yayılıb.

XS
SM
MD
LG