Accessibility links

Ərdoğan Ukrayna ilə bağlı danışıqlar üçün Moskvaya getməyə hazırdır


Soçidə Ərdoğan-Putin görüşü

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü Ukrayna ilə bağlı artan gərginliyi azaltmaq üçün rusiyalı həmkarı Vladimir Putinlə Moskvada görüşməyə hazır olduğunu bildirib.

Kreml Türkiyənin Kyivə pilotsuz döyüş təyyarələri satması səbəbilə daha əvvəl Ərdoğanın vasitəçilik etmək cəhdlərinə soyuq yanaşırdı.

Türkiyə daha əvvəl Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) çərçivəsində İstanbulda Rusiya və Ukrayna rəsmiləri arasında dinc formatda danışıqlar aparmağı təklif edib.

Ərdoğanın fevralın əvvəlində Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlar aparmaq üçün Kyivə gedəcəyi gözlənilir.

“Mənim Ukraynaya səfərim planlaşdırılır. Bu arada mən Putinlə telefon danışığı apara bilərəm və ya Moskvaya səfər edə bilərəm” – deyə, Ərdoğan cümə günü Ankarada jurnalistlərə bildirib.

NATO-nun üzvü olan Türkiyə Ukraynanın Qərbin müdafiə alyansına qoşulmaq istəyini dəstəkləyir.

Ərdoğan Rusiyanın 2014-cü ildə Krımı ilhaqını heç vaxt tanımayıb və Kyivlə bir sıra mühüm müdafiə müqavilələri imzalayıb.

Bununla belə, Türkiyə liderinin Rusiya lideri ilə bir neçə cəbhədə fikir ayrılıqlarına baxmayaraq, sıx işgüzar münasibəti də var.

Cümə axşamı Ərdoğan deyib ki, onun, "həm Ukrayna, həm də Rusiya ilə isti münasibətləri var" və müharibənin baş verməməsi üçün mümkün olan hər şeyi edəcək.

“Biz regionumuzda sülhün hökm sürməsini istəyirik və bunun üçün hər şeyə hazırıq” – deyə, o cümə günü qeyd edib.

XS
SM
MD
LG