Accessibility links

Ərdoğanın seçkiqabağı kampaniyası tənqidlər hədəfində [Təhlil]


Türkiyədə gələn ay keçiriləcək parlament seçkiləri öncəsi prezident Rəcəb Tayyib Ərdoğanın təbliğat kampaniyası zamanı əlində Quranla və dua mərasimi zamanı ağlayan yerdə şəkilləri yayılıb. Bu isə müasir Türkiyənin banisi Mustafa Kamal Atatürkün dünyəvi ənənələrinə zidd adlandırılaraq, müxalif siyasətçilərin kəskin tənqidi ilə üzləşib.

Türkiyə siyasətində din həmişə rol oynayıb. İslamçılar və millətçilərin dindən əvvəllər də simvolizm kimi istifadə etməsi ordunun çevriliş etməsinə yol açmışdı.

1970-ci illərdə Süleyman Dəmirəlin başçılıq etdiyi Ədalət Partiyası hakim partiyanı Quranın nüsxələrini partiya simvolu kimi paylamasına kəskin reaksiya göstərib.

Ərdoğanın Ədalət və İnkişaf Partiyası (AKP) isə müxalif siyasətçilərə qeyri-müsalman damğası vurub.

Ərdoğan üçün parlament seçkilərinin nəticəsi böyük əhəmiyyət kəsb edir. Belə ki, o, parlamentə əsaslanan hökumətin prezidentin hakimiyyətinə verilməsi üçün konstitusiyada dəyişiklik etməyə çalışır. Bunun üçün ona parlamentdə əksəriyyət əldə edilməsi çox vacibdir.

Keçən həftə kürdlərin əksəriyyət təşkil etdiyi Batman və Siirt şəhərlərində keçirilən seçkiqabağı kampaniyaları zamanı Ərdoğan Quranın kürd dilindəki nüsxəsini qaldırıb. Quranın kürd dilinə tərcüqməsi 5 il vaxt aparıb.

Quranın kürd dilinə ilk rəsmi tərcüməsini kürdlərə təqdim edən prezident Türkiyənin cənub-şərq regionunda hakim partiyaya seçkilərdə Xalq Demokrat Partiyasının böyük təhlükə təşkil etməsinin dinlə heç bir əlaqəsi olmadığını deyib.

HDP Ərdoğanın konstitusiya islahatlarına ən böyük maneə ola bilər. Partiya parlament seçkilərində 10 faiz səs qazansa, konstitusiyada dəyişiklik planına qarşı çıxa bilər.

Ərdoğan Cümhuriyyət Xalq Partiyasını dini etinasızlıqda günahlandırır. Partiyanın lideri Kamal Kılıncdaroğlu xalqın dini dəyərləri və milyonlarla insanın müqəddəs kitabı olan Qurandan istifadə etməsini tənqid edib.

Bu gün Adana və Mersində HDP-nin qərargahlarında partlayışlar bir neçə adamın yaralanmasına səbəb olub. Partiya hökumətin hücumları qınamasına baxmayaraq, Ərdoğan və onun hakim partiyasının hücumların məsuliyyətini daşıdığını bildirib.

Keçən həftə Türkiyə prezidenti və birinci xanım Əminə Albaniya səfəri zamanı məsciddə dini şeir oxunarkən ağlamışdı.

Bu yaxınlarda Ərdoğan Çanaqqala zəfərinin 100-cü ildönümündə də şeir oxuyub. Dövlətə məxsus televiziya kanalları onun şeir oxumasını dəfələrlə təkrar edib.

Ərdoğanın seçki ittihamlarından biri onun Qərbi islamafobiyada günahlandırmasıdır.

Bu yaxınlarda Türkiyənin dövlət başçısı Qərbə qarşı hücumlarının birində Avropa İttifaqını Misir prezidenti Məhəmməd Mursinin ölüm hökmünə lazımi reaksiya göstərməməkdə ittiham edib.

Prezidentin seçkiqabağı kampaniyalrının tənqidçiləri iyunun 7-də keçiriləcək seçkilərdən sonra hakim partiyanın daha artıq islamçılıq yolu ilə ölkəni idarə edəcəyi barədə xəbərdarlıqla çıxış edir.

XS
SM
MD
LG