Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Serbiyaya səfəri zamanı müsəlmanların yaşadığı cənub-qərb regionuna baş çəkib.
Sancak regionun ən böyük şəhəri olan Novi-Pazarın küçələrində onu əllərində Türkiyə və Serbiya bayraqları yelləyən yüzlərlə adam qaşılayıb.
Səfər zamanı Ərdoğanı Serbiya prezidenti Aleksandr Vucic müşayiət edib.
Ərdoğan Serbiyada ikigünlük səfərdədir.
Analitiklər hesab edir ki, məqsəd Ankaranın Balkanlarda nüfuzunu artırmaqdır.
Türkiyə prezidenti oktyabrın 10-da Belqradda Vuciclə danışıqlar aparıb, Serbiya ilə investisiya və ticarət əlaqələrinin artırılacağını vəd edib.
Ərdoğan deyib ki, iki ölkə arasındakı 800 milyon dollarlıq illik ticarət dövriyyəsi azdır və bunu artırmaq lazımdır.
Belqrad görüşündə Serbiya ilə Türkiyə arasında azad ticarət də daxil olmaqla, bir neçə razılaşma imzalayıb.
Ərdoğan, həmçinin Türkiyənin Serbiya Bosniya paytaxtlarını birləşdirən maqistral yolun tikintisinə sərmayə qoyacağını vəd edib. Osmanlı İmperiyası dövründə Türkiyənin bir çox region ölkələri ilə tarixi və dini əlaqələri olub.
Türkiyə 1990-cı illərdə Balkanlarda gedən müharibədə Bosniya müsəlmanlarının tərəfini saxlayıb.