Accessibility links

Ərdoğan: Məqsəd xaos yaratmaq olub [Video]


Yanvarın 1-i gecə saat 1:30 radələrində İstanbulun Beşiktaş rayonundakı məhşur Reyna klubuna silahlı hücum nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb. Hücum zamanı 69 nəfərin isə yaralandığı bildirilir.

Klubda olan insanların bəzilərinin gülləyə tuş gəlməmək üçün dənizə tullandığı deyilir.

Sosial mediada yayılan videoda əlində avtomat silah olan bir şəxsində atəş açaraq Reynaya yaxınlaşdığı görülür. Ancaq yaralanaraq xilas olan hadisə şahidləri deyir ki, biri avtomatş ikisi tapanca ilə ən azı 3 nəfər Reynaya hücum həyata keçirib.

Təhlükəsizlik qüvvələri hücumun İŞİD bağlı bir terror olduğunu ehtimal edir.

Ərdoğan: Hədəf xaos yaratmaq olub

Səhər saatlarında yazılı açıqlama verən dövlət başçısı Rəcəb Tayyib Ərdoğan hücumun ölkənin sabirliyi pozmaq və xaos yaraqmaq məqsədi daşıdığını bildirib.

Onlar xalqımızın moralını pozmağa, xaos yaratmağa və mülki vətəndaşları hədəf almaqla xalqımızın sabitliyinə qəsd etməyə çalışırlar. Ancaq biz bir millət olaraq soyuqqanlılığımızı saxlayacaq, bir-birimizlə daha çox birlik olacaq və belə çirkli oyunlara icazə verməyəcəyik.
Rəcəb Tayyib Ərdoğan

"Onlar xalqımızın moralını pozmağa, xaos yaratmağa və mülki vətəndaşları hədəf almaqla xalqımızın sabitliyinə qəsd etməyə çalışırlar. Ancaq biz bir millət olaraq soyuqqanlılığımızı saxlayacaq, bir-birimizlə daha çox birlik olacaq və belə çirkli oyunlara icazə verməyəcəyik. Müxtəlif terror təşkilatlarının ölkəmizi hədəf aldığı bu hücumların bölgədə yaşanan hadisələrlə bağlı olmasından xəbərdarıq. Ölkəmizə qarşı təhdid və hücumları mənbəyindən yox etmək məsələsində isə qərarlıyıq" - deyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Daxili işlər naziri: Terrorçunun axtarışları davam edir

Daxili işlər naziri Süleyman Soylu yerli vaxtla səhər saatlarında verdiyi açıqlamada ölənlərin sayını 39-a yüksəldiyini, kimliyi müəyyən olunanlarında 16-nın əcnəbi, 5-nin Türkiyə vətəndaşı olduğunu bildirib.

4 nəfərin vəziyyətinin ağır, onlardan 1-nin isə kritik olduğunu vurğulayan nazir hazırda 69 nəfərin xəstəxanaya yatırıldığını bildirib. "Əlbəttə ki, terror hücumuna məruz qalmışıq. Terrorçunu tapmaq səylərimizi davam etdiririk" - deyə nazir bildirib.

Əlbəttə ki, terror hücumuna məruz qalmışıq. Terrorçunu tapmaq səylərimizi davam etdiririk.
Türkiyə daxili işlər naziri Süleyman Soylu

Obama məlumatlandırılıb

Ağ Evin mətbuat katibinin müavini Eric Şultz bildirib ki, milli təhlükəsizlik komandası prezident Barak Obamanı İstanbulda törədilmiş hücum barədə məlumatlandırıb.

“Prezident günahsız insanların həyatını itirməsinə görə dərin hüznlə təəssüfünü ifadə edərək komandasını ehtiyac olduğu təqdirdə Türkiyə səlahiyyətlilərinə lazımi köməyi əsirgəməməyi tapşırıb” – deyə o bildirib.

Obama özü də NATO müttəfiqi olan Türkiyəyə dəstəyini təsdiq edib.

External Widget cannot be rendered.


Gücləndirilmiş təhlükəsizlik

Son aylarda törədilmiş terror hücumlarından sonra Türkiyənin böyük şəhərlərində təhlükəsizlik tədbirləri gücləndirilib.

Bu ayın əvvəlində Beşiktaş stadionu yaxınlığındakı iki partlayış nəticəsində 38 nəfər həlak olmuş, 150-dən çox insan isə yaralanmışdı.

Həmin hücumun məsuliyyətini kürd yaraqlıları öz üzərinə götürmüşdü.

İyun ayının sonlarında isə İstanbul hava limanında baş vermis hücum 40-dan çox insanın həyatına son qoymuşdu. O hücuma görə məsuliyyəti isə İŞİD ekstremistləri öz üzərinə götürmüşdü.

XS
SM
MD
LG