Accessibility links

Rəcəb Tayyib Ərdoğan: Trampın Qüdslə bağlı qərarı ləğv edilməlidir


BMT Trampın Qüdsün İsrailin paytaxtı kimi tanınması qərarını ləğv etməlidir.

Bu təkliflə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan çıxış edib. Ərdoğan iki günlük İslam dövlətləri sammitindən sonra deyib ki, Trampın qərarının ləğvi Baş Assambleyada rədd edilsə, BMT-nin Təhlükəsizlik Şurasında qaldırılmalıdır.

ABŞ Təhlükəsizlik Şurasının daimi üzvü olduğu üçün belə bir addım mütləq bloklanacaq.

Türkyədə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin fövqəladə zirvə toplantısı beynəlxalq ictimaiyyətə Şərqi Qüdsü Fələstin dövlətinin paytaxtı kimi tanınması mesajı ilə başa çatıb.

İstanbul samimitində qəbul edilmiş sənəddə ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması haqqında qərarı tənqid edilib.

İstanbulda keçirilən zirvə görüşündə 22 ölkənin dövlət başçısı ilə yanaşı 23 xarici işlər naziri iştirak edib.

Kəskin mövqedən çıxış edən Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas deyib ki, ABŞ-ın hərəkəti Vaşinqtonun Yaxın Şərqdə sülh vasitəçisi kimi roluna son qoydu.

Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas deyib ki, Trampın qərarı dünyada sülhə təhlükə yaradan “cinayət”dir. Onun sözlərinə görə, dünya Qüdsün şərqini gələcək Fələstin dövlətinin paytaxtı kimi tanımasa, regionda sülh bərqərar olmayacaq.

Mahmud Abbas deyib ki, beynəlxalq ictimaiyyət demək olar ki, yekdilliklə Trampın qərarına qarşı çıxaraq, bunu müsəlman və xristianların hisslərinə qarşı “provokasiya” adlandırıb. Onun sözlərinə görə, bölünmüş şəhərin mənsubiyyətini qorumaq üçün tədbirlər görülməlidir.

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın ardınca Avropa ölkələrinin əksəriyyətinin, ya da hər birinin səfirliklərini Qüdsə köçürəcəyinə və bu şəhəri İsrailin paytaxtı kimi tanıyacağına inandığını deyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG