Accessibility links

Ərdoğan yenidən İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə razılaşmayıb


Türkiyə prezidenti İsveç və Finlandiyanın NATO-ya daxil olmasına Ankaranın etirazlarını izah edərək, Kürdüstan Fəhlə Partiyasının (PKK) fəaliyyətinə işarə edib. Onun sözlərinə görə, hər iki ölkənin alyansa daxil olması Türkiyənin təhlükəsizliyi üçün risklərlə bağlıdır.

PKK-nin Türkiyədə 38 ildir üsyançılıq fəaliyyətinin nəticəsində on minlərlə insan həyatını itirib. Təşkilat ABŞ və İsveç və Finlandiya da daxil olmaqla, Avropa İttifaqında terror təşkilatı kimi tanınıb.

Lakin Qərbin PKK-nın Suriya qanadı YPG-yə münasibəti Ankara ilə digər NATO üzvləri arasında ciddi fikir ayrılıqlarına səbəb olub. Bu hərbi dəstələr ABŞ-ın İslam Dövləti qrupuna qarşı apardığı mübarizədə iştirak edən qrupların əsasını təşkil edir.

"Türkiyə İsveç və Finlandiyanın qəbul edilməsinin özünün təhlükəsizliyi və təşkilatın gələcəyi üçün risklər daşıdığına inanır," Rəcəb Tayyib Ərdoğan "Economist" jurnalında dərc olunan məqaləsində deyib.

"Bizim 5-ci maddəyə uyğun olaraq, NATO-nun ikinci ən böyük ordusunun onların müdafiəsinə gələcəyinə arxalanan bu ölkələrin PKK-nın maliyyələşdirilməsi və təbliğat fəaliyyətinə mane olacağını gözləməyə tam haqqımız var" – deyə, prezident Ərdoğan NATO üzvləri arasında qarşılıqlı müdafiəyə dair mərkəzi prinsipə toxunaraq əlavə edib.

O həmçinin bəyan edib ki, silah embarqosu "hərbi tərəfdaşlıq ruhu ilə bir araya sığmır".

İsveç və Finlandiya digər ölkələrlə yanaşı, YPG-ni sıxışdırmaq üçün 2019-cu ildə Suriyanın şimal-şərqinə müdaxilədən sonra Türkiyəyə hərbi ixracata məhdudiyyətlər qoyub.

XS
SM
MD
LG