Accessibility links

Ərdoğan: Türkiyə "təhlükəsiz zonanın" nəzarətini ələ keçirməsə, öz Suriya planını həyata keçirəcək


Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan şənbə günü bildirib ki, əgər Birləşmiş Ştatlarla danışıqlar nəticəsində Türkiyə qoşunlarına bir neçə həftə ərzndə ərazinin nəzarəti verilməsə, Türkiyə Suriyada “təhlükəsiz zona” yaratmaq üçün öz əməliyyatını başladacaq.

Vaşinqton və Ankara Suriyanın kürd YPG yarı-hərbi dəstəsinin başçlığı ilə ABŞ-ın dəstəklədiyi qüvvələrin İslam Dövləti qrupuna qarşı döyüşdüyü Suriyanın şimal-şərqi ilə bağlı fərqli planları var.

Ankara YPG-ni terror təşkilatı hesab edir, çünki qrupun Türkiyədəki kürd militantlarla əlaqəsi olduğunu bildirir.

Türkiyə və Birləşmiş Ştatlar Türkiyə ilə sərhəddə planlaşdırılan zona üçün birgə əməliyyat mərkəzi təsis edib, lakin zonanın böyüklüyü və orada xidmət göstərəcək qüvvələrin quruluşu ilə bağlı razılıq əldə edə bilməyib.

“Bizim Fərat çayının şərqində bütöv sərhədimiz boyu yaranacaq təhlükəsiz zonanı gözləməyə nə vaxtımız nə də səbrimiz var” – deyə, Ərdoğan İstanbulda yerləşən Milli Müdafiə Universitetinin məzuniyyət mərasimi zamanı etdiyi çıxışında bildirib.

“Əgər bizim əsgərlərimiz bir neçə həftə içində regiona nəzarət etməsə, biz öz əməliyyat planımızı həyata keçirəcəyik”o deyib.
Ərdoğan əməliyyat planına nəyin daxil olduğunu bildirməyib, lakin daha öncə Türkiyənin lazım olsa sərhədini YPG-dən təmizləmək üçün sərhədlərarası hücum edəcəyi ilə bağlı xəbərdarlıq edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG