Accessibility links

Ərdoğan: İŞİD, YPG, əl-Qaida hamısı bizim üçün eynidir


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə xəbərdarlıq edib ki, onun ölkəsi Suriya və İraqda YPG və PKK kimi kürd birləşmələrinin mövcudluğuna son qoymaq üçün hərbi qüvvəyə əl atacaq.

“Biz terrorçu qruplar arasında fərq qoymuruq. İŞİD, YPG, əl-Qaida hamısı bizim üçün eynidir,” deyə Ərdoğan çərşənbə günü keçirdiyi mətbuat konfransında bəyan edib.

Bizim terror hücumlarından narahat olmağımızdansa, onların qorxu içərisində yaşamağı yaxşıdır.

Ərdoğan bu bəyanatı Qara Dəniz sahilindəki kurort şəhəri Soçidə Rusiya prezidenti Vladimir Putinlə çiyin-çiyinə dayanarkən verib.

Ərdoğan aydın edib ki, Türkiyə silahlı qüvvələri ölkənin cənub sərhədlərində əməliyyatları davam etdirəcək.

“Bizim terror hücumlarından narahat olmağımızdansa, onların qorxu içərisində yaşamağı yaxşıdır,” Ərdoğan bəyan edib.

Türk təyyarələri ötən ay Suriyadakı kürd birləşmələri YPG və PKK-ya zərbələr endiriblər.

ABŞ hərbi komandiri YPG (Xalqı Qoruma Birləşmələri) döyüşçüləri ilə addımlayır.
ABŞ hərbi komandiri YPG (Xalqı Qoruma Birləşmələri) döyüşçüləri ilə addımlayır.

Ankara YPG-ni PKK ilə əlaqəli hesab edir. ABŞ və Avropa İttifaqı tərəfindən terrorçu qurum kimi tanınan PKK uzun illərdir ki, Türkiyə hökumətinə qarşı savaşır.

Vaşinqton YPG-ni Suriyada İŞİD-ə qarşı mübarizədə ən effektiv qüvvə kimi görür.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG