Türkiyə prezidenti Türkiyə prezidenti lik işçisinin həbsini müdadiə edib.
Bu casuslar Amerika konsulluğuna necə keçə bilib? Əgər özləri keçməyibsə, kim onları konsulluğa keçirib
"Bu casuslar Amerika konsulluğuna necə keçə bilib? Əgər özləri keçməyibsə, kim onları konsulluğa keçirib?''- deyə, Rəcəb Tayyib Ərdoğan Serbiya prezidenti ilə keçirdiyi görüşdə bildirib.
Prezident deyib ki, heç bir ölkə beynəlxalq təhlükəyə səbəb olan casusları qəbul etməz.
Ötən həftə Türkiyə höküməti ABŞ konsulluğunun əməkdaşı, türkiyəli Metin Topuzu həbs edib. O, keçən il Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı törədilmiş çevriliş cəhdinə görə məsuliyyət daşıdığı iddia olunan terrorist şəbəkənin aparıcı üzvləri ilə müntəzəm olaraq ünsiyyət qurmaqda ittiham edilib.
Türkiyənin baş naziri Binali Yıldırım ABŞ-ı viza xidmətini müvəqqəti dayandırmaq və bununla hər iki ölkə vətəndaşlarını cəzalandırmaqda günahlandırıb.
O, bunu emosiaonal və müttəfiqə qarşı uyğun olmayan qərar adlandırıb.
Baş nazir qeyd edib ki, bu mübahisə mümkün qədər tez yoluna qoyulmalıdır .
Binali Yıldırım da ötən həftə Türkiyədəki ABŞ konsulluğunun yerli əməkdaşlarının həbsinə haqq qazandırıb.
Bu insidentdən bir neçə saat sora ABŞ Türkiyəyə viza xidmətlərini məhdudlaşdırıb.
Həmçinin Türkiyə buna cavab olaraq eyni addım atıb.
İstanbul sakinləri viza almaq üçün ABŞ konsulluğunun qarşısında gözləsələr də məlum olub ki, onların növbəsi ləğv edilib.