Accessibility links

Rəcəb Tayyib Ərdoğan: İŞİD-lə mübarizə aparan kürd döyüşçülərin silahla təmin edilməsinə yol verilməyəcək


Türkiyə prezidenti Kobaninin nəzarəti uğrunda İŞİD-lə mübarizə aparan kürd döyüşçülərin silahla təmin edilməsi və ya təmin etdirilməsinə yol verilməyəcəyini bildirib.

Rəcəb Tayyib Ərdoğan kürd döyüşçülərin 30 ildir Türkiyədə müstəqilliyi uğrunda silahlı kampaniya aparan Kürdüstan Fəhlə Partiyasından fərqlənmədiyini deyib.

Türkiyə və ABŞ bu patiyanı terrorçu təşkilat kimi tanıyır.

Ərdoğöan deyib ki, Türkiyənin NATO müttəfiqi Amerikaya açıq şəkildə “hə” deməsi yanlış bir addım ola bilər. O, belə bir şeyin Türkiyədən gözlənməsinin qəbuledilməz olduğunu vurğulayıb.

Türkiyə prezidentinin bəyanatı Amerikanın Suriyanın Kürdüstan Demokrat Partiyası ilə birbaşa danışıqlar aparmasından sonraya təsadüf edir.

Dövlət Departamenti danışıqların İŞİD-lə döyüşlərlə bağlı olmadığını bəyan edib.

Dünən ABŞ prezidenti Barak Obama Ərdoğanla telefon söhbəti zamanı Kobanidəki vəziyyəti və İŞİD-in dayandırılması məsələlərini müzakirə edib.

Ağ Evin bildirdiyinə görə, Obama bir milyondan artıq qaçqına sığınacaq verdiyi üçün Türkiyəyə təşəkkürünü bildirib.

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG