Accessibility links

Türkiyə prezidenti Azərbaycana səfərini təxirə salıb


Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan

Azərbaycan prezidenti Ilham Əliyev Ankarada törədilmiş terror aktında həlak olanlarla bağlı Türkiyə prezidentinə başsağlığı verib.

Başsağlığında bəşəriyyət üçün dəhşətli bəlaya çevrilmiş terrorizm qətiyyətlə pislənir, ona qarşı mübarizənin hər cür dəstəkləndiyi deyilir.

“Bu amansız hadisə terrorizmə qarşı hamılıqla mübarizənin zəruriliyini bir daha təsdiq edir. Baş vermiş faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”, Əliyev bildirir.

Ankarada baş vermiş terror aktı ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 18-də Azərbaycana planlaşdırılan səfərini təxirə salıb.

Anadolu agentliyi bildirir ki, Ərdoğan Azərbaycan prezidentinə zəng edərək Ankaradakı terror aktından sonra Bakıya səfərinin başqa bir tarixə təxirə salınmasının uyğun olduğunu bildirib.

Fevralın 18-də Bakıda Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçirilməli idi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG