Accessibility links

Məktəbə edilən hücuma görə şerif köməkçisi istefa verib


Bovard mahalının şerifi Skot İsrail köməkçisi Skot Peterson istefası ilə bağlı danışır.
Bovard mahalının şerifi Skot İsrail köməkçisi Skot Peterson istefası ilə bağlı danışır.

Bir neçə gün öncə Florida məktəbində 17 nəfərin ölümü ilə nəticələnən atışmadan sonra şəhərin şerif köməkçisi hücumun qarşını almadığı üçün istefa verdiyi açıqlayıb.

Cümə axşamı Bovard mahalının şerifinin bildirdiyinə görə, şerif köməkçisi Skot Peterson mütləq binanın içərisinə daxil olmalı idi.

“İlk olaraq kimin və ya hansı əmrlə içəri daxil olmasının əhəmiyyəti yoxdur. Mühüm olan odur ki, biz hüquq-mühafizə orqanı olaraq aktiv atışmanın olduğu yerə getdiyimizdə mütləq içəri daxil olub, hücum edən şəxsi zərərsizləşdirməliyik.” - deyə, Bovard mahalının şerifi Skot İsrail bildirib.

Şerif İsrail bildirib ki, o köməkçinin ödənişsiz kənarlaşdırılmasını istəsə də, Skot Peterson istefa verməyi seçib.

Atışma ilə əlaqədar aparılan daxili istintaq səbəbindən daha iki polis əməkdaşının da fəaliyyəti məhdudlaşdırıb.

XS
SM
MD
LG