Accessibility links

Erl qasırğası Şimali Karolina sahillərinə yaxınlaşır


Erl qasırğası Amerikanın şərq sahillərinə yaxınlaşdıqca Şimali Karolinanın sipər adalarında yaşayan on minlərlə adam evakuasiya edilirlər. Sinoptiklər saatda 230 kilometr küləklə dördüncü kateqoriyalı tufanların baş verəcəyini proqnozlaşdırırlar. Bütün mərkəzi Atlantik regionu boyu qasırğalar və tropik tufanlarla bağlı xəbərdarlıqlar verilib. Mayamidə qərargahlanan Milli Qasırğa Mərkəzi bildirir ki, şimal-qərb istiqamətində irəliləyən Erl qasırğası cümə axşamı və ya cümə günü səhər erkən Şimali Karolinaya çatacaq. Şimali Karolina, Virciniya və Merilənd ştatlarının qubernatorları fövqəladə hal elan ediblər.

XS
SM
MD
LG