Accessibility links

Erməni kəşfiyyatçının məhkəməsində zərəçəkənlər və şahidlər dindirilib


Arsen Baqdasaryan (Foto Kepeztv.az saytından götürülüb)
Arsen Baqdasaryan (Foto Kepeztv.az saytından götürülüb)

Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni hərbi qulluqçusu Arsen Baqdasaryanın cinayət işi üzrə növbəti məhkəmə baxışı keçirilib. Kəpəz TV-nin (Region TV) məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkənlər və şahidlər dindirilib. Onlar bildiriblər ki, Arsen Baqdasaryan əsir düşərkən hərbi deyil, mülki geyimdə olub. Arsendən başqa daha iki nəfər də olub və onlar minaları səngərə basdırdıqdan sonra geri qaçmağa müvəffəq olublar. Arsen Baqdasaryan əsir düşərkən özünü Armen Qriqoryan kimi təqdim edib. Lakin daha sonra dindirmə zamanı Arsen Baqdasaryan olduğunu bildirib. Əsir götürülən zaman heç bir zorakılığa məruz qalmayıb.

Məhkəmə iclası aprelin 27-də davam etdiriləcək.

Arsen Baqdasaryan Azərbaycanın ermənilərin nəzarətində olan Ağdərə rayonu ərazisində yerləşdirilən Ermənistan silahlı qüvvələrində baş çavuş hərbi rütbəsində kəşfiyyat bölüyünün tağım komandiri olub. O, digər hərbçilərlə 2014-cü il dekabrın 26-da qoşunların təmas xəttini gizli olaraq keçərək Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərində özləri ilə götürdükləri 7 ədəd “fuqas” tipli piyada əleyhinə minalardan 3 ədədini basdırıb. Sonra geri qayıtmaq istəyərkən tutulub. Cinayət törətməkdə əsaslı şübhələr olduğundan Arsen Baqdasaryan barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

XS
SM
MD
LG