Accessibility links

Ermənistanda etirazlar davam edir


Ermənistan polisi Yerevanda nümayişlərə çıxan onlarla etirazçını saxlayıb. Ölkənin paytaxtında sabiq prezident Serj Sarkisyanın baş nazir seçilməsi ilə bağlı etirazlar davam edir.

Həbslər parlamentin sabiq prezidenti baş nazir vəzifəsinə təsdiq etməsindən sonra həyata keçirilir. Yeni vəzifə ölkəyə on il rəhbərlik etmiş Sarkisyana hakimiyyəti davam etdirməyə imkan verəcək.

Müxalifət lideri Nikol Paşinyan yüzlərlə dəstəkçisi ilə Sarkisyanın qərargahına doğru irəliləyib və əsas hökümət binalarına girişinin qapadacağını bildirib.

Paşinyan etiraz hərəkatını “qeyri-zorakı, məxməri və xalq inqilabı” adlandırıb. Ermənistanın digər şəhərlərində də bənzər etirazlar keçirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG